SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Azərsu” ASC-dən 55 milyon manatlıq sifariş – Qalib şirkətin adı açıqlandı

“Azərsu” ASC-dən 55 milyon manatlıq sifariş – Qalib şirkətin adı açıqlandı

Tarix:

27-09-2021, 14:26

/ 743 dəfə oxundu.
“Azərsu” ASC-dən 55 milyon manatlıq sifariş – Qalib şirkətin adı açıqlandı


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfinbdən elan olunmuş 55 milyon manatlıq tenderin qalibi açıqlanıb.
Valyuta.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. 
Açıq tenderin qalibi “Nort Vest Konstrakşn” MMC olub. ASC qalibə 55 milyon 474 min 319 manat ödəyəcək.
Qeyd edək ki, adıçəkilən şirkət 14 dekabr 2007-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. 100 min manatlıq nizamnamə kapitalına malik olan şirkəti Elçin Tofiq oğlu Bədəlov tərəfindən yaradılıb və şirkət qeydiyyata alınarkən hüquqi ünvanı kimi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev-153 ünvanı göstərilib. 
Şirkət 2007-ci ildə yaradıldığı gündən etibarən North West Construction MMC (NWC) Azərbaycanda və xaricdə ən müasir kompleks layihələrə imza atmış müasir tikinti və mühəndislik şirkətinə çevrilib.
Şirkətin nwconstruction.com saytında göstərilir ki, yarandığı gündən etibarən “North West Construction” MMC (NWC) Azərbaycanda və xaricdə ən müasir kompleks layihələrə imza atmış müasir tikinti və mühəndislik şirkətinə çevrilib.
Şirkətinin portfelində yer alan görkəmli layihələr bunlardır: 
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Dəhlizi 2 Qaraqalpaqstan Yolu Layihəsi (A380 Kunqraddan Daut-Ata Bölməsinə - 240 km), Gədəbəy, Tərtər və Qazax şəhərlərində ÇSTQ-ın tikintisi, Tovuz Yol İnşaatı, Tovuz Suvarma və Su Paylama Sistemləri Boru Kəməri, Gəncə Mall Ticarət Mərkəzi, Bravo Hipermarketlər və Bravo Paylama Anbarı, Sumqayıt Tütün Fabriki kimi layihələri göstərmək olar. 
NWC həmçinin Port Baku Towers, Port Baku Residence, Bakı Ağ Şəhər - Knights Bridge (Yaşayış Kompleksi), Ritz-Carlton Hotel, One & Only Resort Portonovi - Monteneqro, Cənubi Əl Mutlaa Mənzil Layihəsi - Küveyt, Baku Boulevard Hoteli, Baku Intourist Hoteli, Pik Palace Şahdağ Hoteli layihələrində iştirak edib.
Diqqətə çatdıraq ki, şirkət qalmaqallı qurum kimi daim ölkə KİV-nin gündəmində olub. Məlumatların birində bildirilir ki, “Nort Vest Konstrakşn” şirkətinin baş direktoru İbrahim Manaflıdır. Şirkət demək olar ki, ölkənin bir çox bölgələrində və paytaxt Bakıda iri layihələr çərçivəsində tikinti işləri ilə məşğul olur.
Qurum ölkədə iri tikinti-tender layihələrinin icrası üçün aşağı qiymətlər təklif edərək, tenderlərdə bu layihələrin icra haqqına sahib olur. Və onunla tender-tikinti layihələrində heç kim rəqabət apara bilmir. Belə ki, şirkətin rəhbəri İbrahim Manaflı aşağı qiymət verərək iri layihələrə sahib olur, hətta sonradan həmin layihələrin podratçılığını da hər şirkətə verilməyini rəva bilmir.

Şərhlər

XƏBƏR LENTİ