XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » 42 casus işi:- Nəcməddin Sadıqova aparan iz...

42 casus işi:- Nəcməddin Sadıqova aparan iz...

42 casus işi:- Nəcməddin Sadıqova aparan iz...
15-05-2017, 19:24

Azərbaycanda bir qrup hərbçi və mülki (qeyri-rəsmi məlumatlara görə 42) casusun ifşa edilməsi istiqamətində kələfin ucu görünməyə başlayıb.
İslam Oyunları ərəfəsində, belə demək olarsa, münbit bir mühitdə ermənilərə işləyən agentlərin deşifrə olunması barədə xəbərin ictimailəşdirilməsi ciddi rezonans və mülahizələrə səbəb olub.
Azərbaycanda düşmənə işləyə biləcək bir şəbəkənin mövcud olması və bunun xüsusilə də dövlətin orta dirəklərindən biri olan ordunun tərkibində olması, açığı, çox dəhşətli bir hadisədir. Lakin ip ucları bir nöqtəyə - Kremlə aparıb çıxarır.
Casusluqda şübhəli bilinən 42 nəfərin “5-ci kolon”un projesinin iştirakçıları olduqları istisna edilmir.
Bu gün Azərbaycan cəmiyyətində, eyni zamanda da hakimiyyətin içində ən güclü şəbəkə Rusiyameylli “beşinci kolon”dur. Həmin casus şəbəkəsinin “beşinci kolon”a nə qədər bağlı olub-olmadığı ciddi araşdırılmalıdır.
Yalnız bundan sonra artıq Azərbaycan ordusunun, cəmiyyətinin təhlükəsizliyi barədə danışmaq olar.
Əks təqdirdə bu cür şəbəkələr və onların bağlı olduğu mərkəzlər Azərbaycanda var olduqca həm Azərbaycanın keçirdiyi hərbi əməliyyatların düşmənə sızmasına, həm də Azərbaycanın daxilində istənilən təhlükəli terror hadisələrinin törədilməsinə şərait yarancaq.
Ona görə, bu hadisə Azərbaycan dövləti, cəmiyyəti üçün ciddi bir siqnal olmalıdır.
Azərbaycanda bir qrup hərbçi və mülki (qeyri-rəsmi məlumatlara görə 42) casusun ifşa edilməsi istiqamətində kələfin ucu görünməyə başlayıb.
İslam Oyunları ərəfəsində, belə demək olarsa, münbit bir mühitdə ermənilərə işləyən agentlərin deşifrə olunması barədə xəbərin ictimailəşdirilməsi ciddi rezonans və mülahizələrə səbəb olub.
Azərbaycanda düşmənə işləyə biləcək bir şəbəkənin mövcud olması və bunun xüsusilə də dövlətin orta dirəklərindən biri olan ordunun tərkibində olması, açığı, çox dəhşətli bir hadisədir. Lakin ip ucları bir nöqtəyə - Kremlə aparıb çıxarır.
Azərbaycan siyasi hakimiyyəti monolit bir komandadan ibarətdir, mənə elə gəlir ki, bu doğru deyil. Azərbaycanın içərisində Qərbə inteqrasiya xəttini dəstəkləyən qüvvələr var.
Eyni zamanda Azərbaycanın daha çox Rusiyaya yönəlik siyasət yürütməsini də dəstəkləyən xüsusi siyasi cərəyan, mərkəz və şəbəkələr var.
O baxımdan, ola bilsin ki, hakimiyyət daxilində olan həmin siyasi mübarizənin nəticəsi olaraq bu cür məsələnin ictimailəşməsi ortaya çıxıb. Ona görə, burada zaman məsələsi çox önəmlidir.
Əslində, aprel hadisələrindən sonra bu cür xəyanət şəbəkəsinin mövcudluğu haqqında icimaiyyətdə müəyyən infomasiyalar dolaşırdı.
Sadəcə olaraq aprel ayından üzü bəri artıq proses gedir. Görünür, bu hadisənin üstündə çox ciddi işlənilib.
Bu informasiyanın mediaya yayımlanması hakimiyyət daxilində ciddi çaxnaşma yaradıb.
İqtidardaxili çəkişmələrin bir oyununa çevrilməkdə olan bu məsələyə görə ciddi peşmançılıq var.
Məlumatı sızdıran klana qarşı gedən qruplaşma ordunun nüfuzunun, reputasiyasının zədələnməsi baxımdan rəsmi məlumatın verilməsini yanlış qiymətləndirir.
Odur ki, heç bir əlavə açıqlama verilmir, adlar açıqlanmır, casusluq edən şəxslərlə bağlı müfəssəl bilgilər, detallar mediada tirajlanmır. Həm də “5-ci kolon” üzvlərinin narahatlığı ilə qarşılanıb.
Bu susqunluq və sükutun içərisində isə gözlənilmədən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu nəzarətindəki “hurriyyet.org” saytına bu mövzuda müsahibə verib. ADP lideri sensasion iddialar irəli sürüb və ittihamlar səsləndirib.
Cəlaloğlu müdafiə nazirinin müavini, Slahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı inanılmaz fikirlər söyləyib.
O, dolayısı ilə N.Sadıqovun Ermənistan odusu və Rusiyanın “5-ci kolon”u ilə əlaqələrinin olduğuna işarə vurub.
Sitat: “Hamı bilir ki, Nəcməddin Sadıkov Rusiyanın burdakı təmsilçidir. Hansı ki, Nəcməddin Sadıkovun qardaşı Ermənistanda qoşun başçısıdır, özü isə Azərbaycanda Baş Qərargah rəisidir.
İndi siz təsəvvür edin ki, iki qardaş oturublar Dağıstanda və hər biri öz fəaliyyətindən danışır. Onda nə olur?
Deməli, Nəcməddin Sadıkov Azərbaycan ordusunun sirlərini rus ordusuna verəcək, qardaşı da rus ordusundakı fəaliyyəti ilə bağlı məlumat versə, o da bir növ casusluq etmiş olacaq.
İndi nəzərə alsaq ki, Nəcməddin Sadıkov və qardaşı ya Rusiyaya, ya da Azərbaycana işləyir, demək, bu zaman birtərəfli casusluq olur”.
ADP liderinin fikrincə, aprel döyüşləri zamanı itkilərimizin çox olmasına bu xəyanətkar qrup səbəb olub: “Bu qrupun hələ ifşa olunan tərəfi bizə bəllidir. Bunların ifşa olunmayanları, yuxarıda siyasi hamiləri var, digər dövlətlərdə də olduğu kimi”.
O, daha da irəli gedərək qeyd edib ki, bu casus şəbəkəsinin parlamentdə də hamiləri var, Prezident Aparatında da arxalarında duran insanlar var:
“Eləcə də ordunun özündə də yüksək rütbəli adamlar olmadan, bu adamlar bu boyda şəbəkəni sərbəst şəkildə yarada bilməzdilər”.
Beləliklə, ordumuzda “5-ci kolon”un “xaç atası” kimi təqdim edilən, qardaşı erməni ordusunda xidmət edən N.Sadıkovla bağlı bilinməyən sirlər ADP lideri akin qeyri-rəsmi qadağan olunan, həssas bir mövzu barədə açıq və ad çəkərək, birbaşa ordu generalını ittiham edərək danışmaq partiya sədrinin özgüvəni sayıla bilməz.
İstənilən halda erməniyə işləyənlərlə bağlı cəmiyyətdə qaranlıq qalan məqamlar və açıq qalan suallara mütləq şəkildə cavab veriləcək.
Eyni zamanda istintaqın yekunu və məhkəmə qərarı olmadan saxlanan şəxslərin heç birinə vətən xaini damğasını vurmaq olmaz.
Media isə yalnız mülahizələr, təhlillər yaza bilər, rəsmi və qeyri-rəsmi açıqlamaları analiz edə bilər. Hələlik heç bir informasiya və çıxış səhih mənbə kimi qiymətləndirilməməlidir.tərəfindən açılır. S.Cəlaloğlunun hansı qruplaşmanın mövqeyindən çıxış etdiyi bəlli deyil.

Anaxeber.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.