"Şikayətimizə baxan yoxdur..." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Samux rayon Lək kənd sakini Hüseynzadə Ənvər Mehman oğlu bir neçə medya qurumlarına video-müraciət göndərərək hazırkı durumu barədə açıqlama verib.
Mən Hüseynzadə Ənvər Mehman oğlu Samux rayon Lək kənd sakiniyəm və hazırda da həmin ərazidə yaşayıram. 44 günlük Qarabağ müharibəsinin iştirakçısı olmuşam və döyüşlərdə fəal iştirak etmişəm. Hazırda işsizəm. Hara müraciət edirəmsə aldadıcı vədlərlə məni geri qaytarırlar.
Məşğulluq mərkəzinə müraciət etmişəm, adımı yazıb dedilər ki, get çağıracağıq. Ancaq bu günə kimi heç bir xəbər yoxdur.
Şikayətimizə baxan yoxdur. Ailəliyəm və himayəmdə körpə övladım var. Hazırda mən ailə-uşağıma baxa bilmirəm. Uşağa yeməyini belə ala bilmirəm.
Hökumət adamı yaşamağa belə peşman edir. Belə vəziyyət bu gün Azərbaycan dövlətinə ancaq utanc gətirən haldır.
Neft-qaz ölkəsinin vətəndaşları acından ölür, quru çörəyə möhtacdır.
Heç bir yerdə iş yeri yoxdur.
Azərbaycan dövlətindən, rəsmi qurumlardan kömək istəyirəm. Məni bir işlə təmin edin ki, ailə-uşağıma baxa bilim.
Redaksiyadan: Məsələ ilə bağlı rəsmi qurumların da mövqeyini dərc etməyə hazırıq. //azinfo.tv//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...