XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Arzu Rəhimovun işçisi NARAZILIQ YARADIR... - GİLEY

Arzu Rəhimovun işçisi NARAZILIQ YARADIR... - GİLEY

Arzu Rəhimovun işçisi NARAZILIQ YARADIR... - GİLEY
20-09-2021, 13:28

İsmayıllı rayon sakini Ceyhun Fərzəliyev bildirir ki,övladı Coşqun Fərzəliyev hərbi xidmətə yararsızdır.

Övladım hələ orta məktəbdə oxuyanda müəllimlər ondan şikayət edirdilər ki, idman dərslərində iştirak etmir.
Həmin dövrdə məni rayon uşaq poliklinikasının müdiri Vidadi Rəhimov göndərişlə Bakıya travmatologiya institutuna göndərdi.İnstitutda oğluma 3 cü dərəcə təyin etdilər ki, ayağının altı düzdür buna görə aktiv hərəkətlər edə bilmir.Yəni eyni zamanda hərbi xidmətə yararsızdır.Düzdür oğlumun təqaüdü üçün heç yerə getmədim.Tənbəllik ucbatından bu işi reallaşdırmadım.
Bu günlərdə səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinin rəisi Əfran Nəbiyev bizi çağıraraq deyir ki,oğlunuz əsgərliyə getməlidir.Bu adam deyir ki,mən institun sənədini tanımıram gedin Göyçaydan sənəd gətirin.Başa düşmədim Göyçayın sənədi institutdan keçərlidir?Göyçaya getdik yoxlamadan sonra 2 ci dərəcə yazdılar.Bunlar əlbirdilər.Mən övladımın əsgər getməsinə etiraz etmirəm,ancaq düzgün şəkildə olsun.Əgər institut icazə verirsə buyursunlar hamı kimi mənim də övladım əsgər getsin.Yox əgər onun sağlamlığı buna imkan vermirsə onda haqsızlıq etməsinlər.Mən övladımı yerdən tapmamışam və bəzi qudurğan məmurların ucbatından övladımın şikəst olmasını yaxud başına bir iş gəlməsini sükutla qarşılaya bilmərəm.
Əfran Nəbiyevin normal dinləmək mədəniyyəti belə yoxdur.Artıq mən ona yox, dövlət başçısından,cənab İlham Əliyevdən kömək istəyirəm.Cənab prezident!Bizi bu qudurğan məmurların əlindən alın.Övladım hərbiyə yararsız olduğu halda ona 03 oktyabr 2021 ci il tarixinə çağırış vərəqəsi veriblər.
Redaksiyadan: Ölkədə səfərbərlik idarələrində olmazın qanunsuzluqlara rast gəlmək mümkündür.Çünki bu sahə korrupsiyaya uğrayıb.İsmayıllı rayonunda baş verən qanunsuzluğu da bu sıradan saymaq olar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kendtv.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.