SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib... - GİLEY

Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib... - GİLEY

Tarix:

15-09-2021, 09:04

/ 526 dəfə oxundu.
Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib... - GİLEY


İsmayıllı rayon Qubaxəlilli kənd sakini 2-ci qrup əlil,ruhi xəstə Bəyzadə Quliyevanın həyat yoldaşı Rəsul Quliyev video müsahibə ilə həyat yoldaşının əlillik təqaüdünün kəsilməsi ilə bağlı şikayətçi olduğunu bildirir.
Həyat yoldaşım 2013-cü ildən əlilliyə görə təqaüd alır.Ruhi xəstə olduğu üçün məhkəmənin qərarı var ki, yanında azyaşlı övladımız gecələyə bilməz, çünki xəsarət yetirə bilər.
Bu ilin mart ayından etibarən həyat yoldaşımın təqaüdünü kəsiblər.Əvvəl dedilər ki,Şəkidə müalicə olunmalıdır.Həmin vaxt Şəkidə ruhi əsəb dispanserində bir dəfə 8 gün,daha sonra isə 26 gün müalicə olundu.Ancaq axırda Bakıdan imtina sənədi gəldi.
Bu adama yalnız dövlət ayda bir iynəni pulsuz olaraq verir.Qalan dərmanlar apteklərdən tərəfimizdən şəxsi hesabımıza alınır.Bu adam əsir, normal şəkildə ağzına yeməyi apara bilmir.Gələcəkdə də bunun sağalması üçün heç bir ümid yoxdur.Bəs niyə bu cür xəstənin təqaüdünü kəsirlər?
Mən dövlət başçısından, birinci xanım Mehriban Əliyevadan kömək istəyirəm.Xahiş edirəm ki, həyat yoldaşımın təqaüdünün bərpa olunmasına kömək etsinlər.

Redaksiyadan:Biz ailənin real vəziyyətinin olduqca ağır olduğunun şahidi olduq.Doğurdan da,bu xəstənin sağalması mümkün deyil.Ancaq nazir Sahil Babayev və onun yarıtmaz fəaliyyətinə rəvac verən komandası gözlərini yumub ağıllarına gələn qərarı verirlər.Doğurdan da, bu hərəkət tipik həyasızlıq, vicdansızlıq və bütöv bir xalqa qarşı hörmətsizlikdir.Bəlkə də narazılar ordusu haqlıdır.Sahil Babayev və ətrafında olan məmurların qanını yoxlamaq lazımdır.Bəlkə bunlar erməni kökənli və sairdirlər?
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Azinfo.tv Kendtv.info

Şərhlər

XƏBƏR LENTİ