SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Bulvardakı obyektlər məmur və oliqarxlara məxsudur” - Qiymətlər “əl yandırır”

“Bulvardakı obyektlər məmur və oliqarxlara məxsudur” - Qiymətlər “əl yandırır”

Tarix:

6-09-2021, 22:59

/ 465 dəfə oxundu.
“Bulvardakı obyektlər məmur və oliqarxlara məxsudur” - Qiymətlər “əl yandırır”


Dənizkənarı Milli Parkdakı qiymətlər “əl yandırır”. Məlumdur ki, paytaxt sakinləri istirahət etmək üçün adətən Dənizkənarı Milli Parkı seçirlər. Ancaq qiymətlərin cəlbedici olmaması vətəndaşlara heç də xoş təsir bağışlamır. Məsələn, bulvardakı kafe və restoranlarda adi çay və suyun qiyməti belə bahadır. Dondurma, popkorn və.s kimi məhsulların da normal qiymətə satıldığını deyə bilmərik. 50 qəpiklik su 1.50 manat, hətta 2 manata bazarlanır.
Əslində insanların kütləvi olduğu yerlərdə qiymətlərin münasib olması sahibkarlar üçün daha sərfəlidir.

Ancaq bunun tamamilə əksini müşahidə edirik. Maraqlıdır, bu duruma nəzarət mexanizmi niyə yoxdur? Azad sahibarlıq adı altında qiymətlərin şişirdilməsi nə dərəcədə düzgündür?

Sualımızı cavablandıran iqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, bazar iqtisadiyyatında qiymətlər tələb və təklif əsasında formalaşır. Onun sözlərinə görə, Dənizkənarı Milli Park heç də azad sahibkarlıq subyekti deyil:

“Azad sahibkarlıq subyekti olan yerlərdə təbii ki, müştəri məmnunluğu, qiymət optimallığı əsas götürülür. Ancaq Azərbaycanda məmur sahibkarlığı var. Bulvardakı obyektlər də məmur və oliqarxlara məxsudur. Onların böyük əksəriyyəti nə düzgün vergi verir, nə də hakimiyyət orqanlarına tabe olurlar. Hesab edirəm ki, problemin kökündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətsizliyi dayanır. Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi ölkədə inhisarçılığı aradan qaldırmalıdır”

İqtisadçının qənaətincə, nə qədər ki, Azərbaycanda məmur sahibkarlığı və inhisarçılıq var, qiymətlərlə bağlı problemləri də hər zaman olacaq:

“Beləliklə, xarici dövlətlərdən asılı vəziyyətdə qalmağa davam edəcəyik. Yəni qida və gündəlik istehlak məhsulları baha olacaq. Ölkəmizdə xidmət və digər sahələrdə də kifayət qədər problem mövcuddur. Hökumət dinamik olmalı, antiinhisar fəaliyyəti ilə məşğul olan və lisenziya verən qurum bir yerdə fəaliyyət göstərməlidir. Həm istehsal, həm xidmət, həm də digər sahələrdə monopoliyanın qarşısı alınmalıdır. İqtisadiyyat Nazirliyinin tabeliyində bir çox qurum var.

Ancaq antiinhisar fəaliyyətinə cavabdeh olan və sahibkarlığın lisenziya və icazələri ilə bağlı qurumu Nazirliyinin tərkibində olmamalıdır. Bu zaman nəyəsə nail olmaq mümkündür”.

Şərhlər

XƏBƏR LENTİ