SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Azad Rəhimovun vəfatından sonra idman başsız qaldı“ - FAKT BUDUR!

“Azad Rəhimovun vəfatından sonra idman başsız qaldı“ - FAKT BUDUR!

Tarix:

4-09-2021, 12:14

/ 349 dəfə oxundu.
“Azad Rəhimovun vəfatından sonra idman başsız qaldı“ - FAKT BUDUR!

Tokio 2020 olimpiya oyunlarını Azərbaycan 3 gümüş, 4 bürünc medalla tamamladı. Paralimpiya oyunlarında isə 35 idmançı ilə artıq 14 qızıl medal qazanılıb. Olimpiaçılarımız paralimpiaçıladan daha zəif nəticə göstərməsinə səbəb nədir?

“Futbol+” qəzetinin baş redaktoru, idman yazarı Mahir Rüstəmli mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşüb.

O bu iki turniri eyni tərəziyə qoymamalı olduğumuzu qeyd edib:

“Olimpiya Oyunları planetin ən mötəbər idman yarışı hesab edilir. Bütün ölkələr gücünü göstərməyə, ən yaxşı idmançılar ilə təmsil olunmağa çalışır. Heç kimin əməyini azaltmadan qeyd etmək istəyirəm ki, dünya Paralimpiadaya Olimpiada qədər ciddi yanaşmır. Ona görə də mən vurğunu paralimpiyaçıların uğurundan daha çox olimpiyaçıların uğursuzluğu üzərinə qoyardım.

Ayrı-ayrı idman növlərində Azərbaycanın şanlı ənənələrindən uzaqlaşmaq, hazırlıq prosesinə ciddi yanaşmamaq, koronavirusun arxasına sığınmaq, bəzi səviyyəsiz məşqçilərə güvənmək, hazırlıq prosesinin düzgün qurulmaması gətirib ona çıxardı ki, Azərbaycan Tokioda total uğursuzluqla üzləşdi. Azad Rəhimovun vəfatından sonra idmanın başsız qalması da azacıq rol oynadı.

Ümumiyyətlə, Azərbaycan idmanında bütün sadaladıqlarımla yanaşı, başqa ciddi problemlər də var ki, tezliklə həll olunmasa, bundan da betər nəticələrlə üzləşəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ