XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Ermənilər yenidən Kəlbəcəri atəşə tutdu

Ermənilər yenidən Kəlbəcəri atəşə tutdu

Ermənilər yenidən Kəlbəcəri atəşə tutdu
24-08-2021, 18:47

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə Xalqxeber.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.