İsmayıllıda heroin alverçisi saxlanılıb - Foto
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Əmrah Həsənov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,3 qram narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun həmin heroini 10 manata Zakir adlı şəxsdən aldığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mican kənd sakini Zakir Niftalıyev də şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 18 ədəd kağız bükümdə heroin aşkar olunub. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman oradan da eyniadlı narkotik vasitə aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...