SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Mübariz Mənsimovla Aslan İsmayılovu erməni biznesində nə ayırır?

Mübariz Mənsimovla Aslan İsmayılovu erməni biznesində nə ayırır?

Tarix:

15-05-2017, 09:24

/ 38 291 dəfə oxundu.
Mübariz Mənsimovla Aslan İsmayılovu erməni biznesində nə ayırır?

Türkiyədə restoranların birinin açılışında iştirak edən azərbaycanlı iş adamı Mübariz Mənsimov ilə "Uludağ Limonata" şirkətinin rəhbəri Levent Kızıl arasında mübahisə düşüb.
Mübahisəyə səbəb Mübariz Mənsimovun türk iş adamına Ermənistanla biznes əlaqələri qurmasını irad tutması olub.
Azərbaycanlı biznesmen Türkiyənin məşhur spirtsiz içki markalarından biri olan "Uludağ Limonata"nın Ermənistan bazarına çıxarılmasına görə Levent Kızıla etiraz edib.
Mübariz Mənsimov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini xatırladaraq bu işğal nəticəsində 1 milyon insanın doğma el-obasından didərgin düşdüyünü qeyd edib.
Bu sözlərə etinasız yanaşan Levent Kızılla daha sonra Mənsimov arasında mübahisə qızışıb və davaya dönüb. Mənsimov Kızıla stəkan atıb və ona fiziki zərbə endirərək tədbiri tərk edib.
Azərbaycanlı iş adamı Türkiyədə belə bir vətənpərvərlik nümayiş etdirir, biznes maraqlarını kənara qoyub ermənilərlə əməkdaşlığıa görə hətta türk biznemsenə stəkan atır.
Bakıda isə vəkil Aslan İsmayılov səhmdarları arasında ermənilər olan “Emre Piliç” şirkətini müdafiə edir, azərbaycanlı sahibkar Mürvət Həsənlini həmin yarımerməni şirkəti ilə əməkdaşlığı dayandırdığı üçün məhkəməyə verir.
“Emre Piliç” şirkətinin sahibi Ömür Oral erməni şərikləri ilə iş qurmağına görə abrına bükülmək əvəzinə damazlıq təsərrüfatı olan və həmin firmada erməni səhmdarlarının olduğunu bilib əməkdaşlığı dayandıran M.Həsənliyə iftira atmaqdadır.
Üstəlik, bu çəkişmədə vəkil Aslan İsmayılov da “Emre Piliç”ə dəstəyini əsirgəmir. Ölkədə məhkəmə problemi olan, hüquqları tapdanan vətəndaşlar qəhət olub, A.İsmayılov gedib Türkiyədə ermənilərin şərik olduğu şirkətə qahmar çıxıb.
Ən azından onun bu işi götürməsinə heç nə vadar etmirdi. Sadəcə, maddi maraq onu cəlb edib və indi erməninin hüquqlarını müdafiə edir ki, ondan alacağı qonorarı rahatlıqla xərcləsin.
Gecə-gündüz Bozaçyanla, Oskayanla çiyin-çiyinə işləyən, onlarla çörək kəsən şirkət sahibi bu əməkdaşlığa son qoymaq yerinə, M.Həsənli ilə barışığa getmək, erməni dəyirmanına su tökməmək, onları sevindirməmək əvəzinə olmazın iftiralar yağdırır.
Bu iki hadisədə M.Mənsimovla A.İsmayılovun fərqləri ortalığa çıxır. Vəkil A.İsmayılov bu işi udacağı halda erməni şərikliyi olan şirkətdən yüksək məbləğdə qonorar alacaq.
Onun bu prosesdə yeganə tərəfkeşliyi də məhz pul üzərində qurulub. Yəni, Ömər Oral da, şərikləri Bozaçyanla Oskayan da azərbaycanlı vəkili pulla ələ alıb bir azərbaycanlı iş adamına qarşı məhkəməyə çıxarıblar.
A.İsmayılov da müsahibələrinin birində deyib ki, ermənilərin hüquqlarını müdafiə etməyə hazırdır. Hər halda heç bir erməni vəkil bunu etməzdi. A.İsmayılovun isə indi nədənsə kosmopolitlik damarı tutub.

Şərhlər

XƏBƏR LENTİ