Mirələmovun videosu hansı şəraitdə çəkilib, kim yayıb? - Təfərrüatlar
YAP-ın Xətai rayon təşkilatının sədri, sabiq deputat, yazıçı, professor Hüseynbala Mirələmovun biabırçı görüntülərinin yayılması hiddətlə qarşılanıb. Sosial şəbəkə iştirakçıları keçmiş deputat H.Mirələmovun əxlaqdankənar hərəkətlətinə təkcə siyasi deyil, həm də hüquqi baxımdan qiymət verilməsini tələb edirlər.
Yenisabah.az ölkə gündəmini zəbt edən bu hadisəylə bağlı ilginc faktlar əldə edib. Hakim partiyanın adının çəkilməsini istəməyən funksionerlərindən biri saytımıza açıqlamasında Mirələmovun biabırçı görüntülərinin YAP-ın Xətai təşkilatının qərargahında çəkildiyini deyib. Onun sözlərinə görə, hadisə baş verən vaxt H.Mirələmov qərargahdakı kabinetində Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə onlayn dərs keçirmiş. Otağa daxil olan YAP-çı xanıma qarşı etdiyi əxlaqsız hərəkət də məhz onlayn dərsdə iştirak edən tələbələrin biri tərəfindən görüntülənib.
Mənbə deyib ki, H.Mirələmovun YAP-ın Xətai təşkilatının üzvü olan daha iki xanımla “isti” münasibəti var. Onlar istədikləri vaxt sədrin kabinetinə daxil olur, hətta onun kompüterində müxtəlif oyunlar oynayırlar...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...