XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Yeni “həbs dalğası” daha kimləri aparacaq? - Eldar Mahmudova doğru addım-addım

Yeni “həbs dalğası” daha kimləri aparacaq? - Eldar Mahmudova doğru addım-addım

Yeni “həbs dalğası” daha kimləri aparacaq? - Eldar Mahmudova doğru addım-addım
6-04-2021, 15:19

Sabiq məmurların həbsi davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin ardınca ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı da həbs edilib.

Qeyd edək ki, “MTN işi” ilə bağlı bu qurumda bir müddət əvvəl də yüksək vəzifəli şəxslər həbs olunmuşdu. Ötən gün isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şixəliyev və Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov həbs olunaraq istintaqa cəlb olunublar. Baş Prokurorluğun məlumatına görə, hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törətmək, külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsində ittiham olunur.

Qeyd edək ki, Rasim Quliyevin həbsi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovu, generalların həbsi isə sabiq nazir Eldar Mahmudovu hədəfə gətirib.

Göründüyü kimi, həbs dalğası davam edir və iddia olunur ki, proses genişlənəcək və bir sıra sabiq məmurları həbsə aparacaq. İddialarda adı çəkilənlərədn biri də sabiq “MTN şefi” Eldar Mahmudovdur. İddia olunur ki, həbs olunan generallar sabiq nazirin də həbs yoluna “yaşıl işıq” yandırır.

Qeyd edək ki, Eldar Məhmudovun hələ “MTN işi”nin istintaq müddətində həbs olunacağı gözlənilirdi, amma iki dəfə istintaqa çağrılan sabiq nazir özünü qorumağı bacardı.

Həmin dönəmdə isə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və daha bir neçə şəxs həbs olundu. Sabiq “MTN şefi” isə azadlıqda qaldı. Son həbslər isə Eldar Mahmudovun həbsini yenidən aktuallaşdırıb və gözlənilən odur ki, istintaqa cəlb olunan generalların ilkin ifadələrindən sonra sabiq nazir də məsuliyyətə cəlb olunacaq.

Xatırladaq ki, ilin ilk ayları ölkədə bır sıra sabiq məmurların həbsi ilə başladı. Belə ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədov, Naxçıvanın keçmiş təhsil naziri Məmməd Qəribov, general-leytenant Rövşən Əkbərov, "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılov 2021-ci ildə həbs olunanlardır.

Ötən il isə daha çox icra başçılarının kütləvi həbsi ilə yadda qalıb. Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişlinin icra başçısı Viliyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və Cəlilabadın icra başçısı Namiq Zeynalov da həbs olunanlar arasındadır.

Göründüyü kimi, icra başçılarının həbsi ilə başlayan yeni “dalğa” artıq yüksək çinli məmurlara çatır. Həbs olunacağı gözlənilən sabiqlər sırasında isə ilk yerdə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov və sabiq MTN şefi Eldar Mahmudovdur.

Hazırda vəzifə tutan məmurların arasında da həbs olunanların olacağı istisna edilmir. Vətəndaşların ən çox narazı olduğu, şikayətlərin günü-gündən sürətlə artdığı sahələrə rəhbərlik edənlərin bu və ya digər formada məsuliyyətə cəlb olunacağı gözlənilir ki, başlanan proses də məhz buna doğru gedir.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bu həbsləri dəstəklədiyini və davamlı olmasının dövlət üçün vacibliyini deyib:

“Ləğv olunmuş MTN-dən, keçmiş nazir Eldar Mahmudovdan sonra formalaşan yeni təhlükəsizlik strukturu şəfafflıq yolunda ciddi addımlar atdı. Adı korrupsiya, cinayət əməllərində hallanan şəxslər həbs edildi. Elə keçmiş MTN-də strateji postlar tutan şəxslər həbs olundu, hazırda da həbslər davam edir. Bütün bunlar dövlətin təhlükəsizliyi üçün vacibdir və aparılan proses təqdirəlayiqdir. Hesab edirəm ki, digər dövlət orqanlarında da yoxlamalar aparılmalıdır. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Ruslan Quliyev o qədər stateji post tutmurdu. Onun cinayət əməlləri varsa, mütləq Hacıbala Abutalıbovun fəaliyyətini yoxlamaq lazımdır. Yaxud Əhməd Əhmədzadə vəzifəsindən azad olundu. Düşünürəm ki, onun fəaliyyətinin yoxlanılmasına ciddi ehtiyac var. Ümumiyyətlə, fəaliyyətində nöqsanlara yol verənlər, hədə-qorxu ilə pul tələb edənlər, rüşvətə, korrupsiyaya bulaşanlar, dövlət vəsaitini mənimsəyənlər və digər dövləti cinayətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hesab edirəm ki, həbslər davam etməlidir

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.