Xain hərbçilərlə bağlı əhalidən edam tələbi - Deputatdan REAKSİYA
Vətənə xəyanət edərək, ermənilərə "işləyən” hərbçilərin aşkarlanması ilə bağlı yayılan məlumat cəmiyyətdə şok effekti yaradıb. Düşmən kəşfiyyatına casusluq edən azərbaycanlıların mövcudluğu əhalinin qəzəbinə səbəb olub və sosial şəbəkə istifadəçiləri həmin şəxslərin edam edilməsiylə bağlı çıxışlar edirlər.
Bu təkliflə çıxış edənlər Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra edam cəzasının müzakirəyə çıxarılması misal gətirərək Azərbaycanda da ölüm hökmünün bərpası məsələsinin vacibliyini bildirirlər.
Edam məsələsinin bir neçə dəfə gündəmə gəlməsini nəzərə alsaq, vətənə xəyanət edənlərin aşkarlanması məsələsi edam cəzasını bərpasına gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, ömürlük həbs ölüm cəzasından da betərdir: "Azərbaycan qanunvericiliyində "vətənə xəyanət” maddəsi ləğv edilib. Həmçinin ölüm cəzası da qanunvericilikdən çıxarılıb. Dünya praktikası sübut edir ki, cəzanın sərtliyi cinayətlərin sayını azaltmır, qarşısını almır. Daha başqa yanaşmalar, üsullar, vasitələr tətbiq olunmalıdır ki, həmin problem çözülsün və cinayətin baş verməsinə səbəb olan amillər aradan qalxsın.
Ölüm cəzasının bərpası məsələsini təkrar gündəmə gətirməyi məqbul saymıram. Vətənə satqınlıq edən adamlar ömürlük həbs alırsa, bu, hər gün ölüb-dirilməyə bərabərdir. Məncə, ömürlük cəza ölümdən də betərdir. Daha ağırdır, daha məhrumiyyətlidir, daha məşəqqətlidir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək