"Oğlumun qatilinin Rövşən Əkbərov olduğunu deyənlərdən biri Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev olub"
"Oğlumun qatilinin Rövşən Əkbərov olduğunu bizə ilk deyənlərdən biri Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev olub".
Bu fikirləri mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva bildirib.
Orucəli Hacıyevlə Elçin Əliyevin tanışlıq münasibətləri olduğunu xatırladan Səmayə Əliyeva oğlunun qətlindən az sonra Orucəli Hacıyevin onlarla əlaqəni kəsməsindən şikayətlənib:
"Oğlumun qatilinin 20 ildir ki, qorunmasında Orucəli Hacıyevin də təqsiri olub. Orucəli Hacıyev oğlumun tanışı idi, ailəmizi tanıyan adam olub. Elçin bıçaqlananda Orucəli Hacıyev gəlib bizə dedi ki, qatil Rövşən Əkbərovdur. Amma nədənsə sonra bildiklərini dandı, bizimlə əlaqələri kəsdi. Oğlum onlara çox yaxşılıqlar etmişdi, Orucəli Hacıyev Elçini görəndə bilmirdi neyləsin, qabağına qaçırdı. Oğlum öldürüləndən sonra çoxları bizimlə əlaqələri kəsdi".
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlə yetirilməsində ittiham edilir.
Demokrat.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...