SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səlim Müslümovla Əjdər Olun şok talançılığı - İLGİNC FAKTLAR

Səlim Müslümovla Əjdər Olun şok talançılığı - İLGİNC FAKTLAR

Tarix:

9-02-2021, 12:09

/ 792 dəfə oxundu.
Səlim Müslümovla Əjdər Olun şok talançılığı - İLGİNC FAKTLAR

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra onun dövründə Nazirliyin aparat rəhbəri olmuş Əjdər Olun (Cəbiyev) da istintaqa cəlb edilməsi böyük düyünləri açmaqdadır.
Reportyor.info-nun əldə etdiyi xəbərə görə, onun saxlanılmasının səbəbi S.Müslümovla birgə maliyyə yeyintilərinə yol verməsidir.
Mediada gedən iddialara görə, o, nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirmiş. Sahil Babayev nazir təyin olunan kimi Əjdər Ola pul verənlər onu axtarmağa başlayıblar.
Məlumata görə, Ə.Ol 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etmək vədi veribmiş. Hətta elə adam olub ki, ondan 56 min dollar alıb.
O zaman yeni nazir gələn günü pul verənlər nazirliyə gələrək Əjdər Oldan pullarını tələb ediblər. Məlum olduğu kimi, qısa müddət ərzində Sahil Babayev Əjdər Olu işdən çıxardı.
Mətbuatda yayılan xəbərlərə görə, Əjdər Ol imzası ilə ədəbiyyatda təmsil olunan Əjdər Cəbiyev illər öncə Sosial Müdafiə Fondunu, sonra nazirliyi talamaqla məşğul olub.
Nazirliyin şimal, cənub və qərb bölgəsi üzrə təmsilçiləri, qurumun region sədrləri Əjdər Olun ya qohumlarından, ya da tanışlarından ibarət imiş.
İddialara görə Əjdər Cəbiyev bütövlükdə bu illər ərzində 10 milyona yaxın dövlət büdcəsini talayıb. Onun sahib olduğu villalar, obyektlər, mülklər bunu deməyə əsas verir.
Onun qurduğu sistemdə isə yalnız bir əsas şərt var idi: Audit razı yola salınmalıdır. Əjdər Oldan sonra onun himayə etdiyi vəzifəli şəxslər baradə cinayət işləri açılıb.
Bunlardan biri də Rəhnumə Cəfərovanın bu sistemdə qurduğu şəbəkə olub. O, Buzovna qəsəbəsində fəaliyyət göstərən 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinin rəhbəri idi.
Ona görə indi sabiq aparat rəhbəri istintaqda kifayət qədər sorğu-suala tutulacaq, həm özünün əməlləri təftiş ediləcək, həm S.Müslümovla şərikli işləri haqda sübutlar təqdim etməli olacaq.

Şərhlər

XƏBƏR LENTİ