Qüdrət Şükürov işdən qovuldu - Bahalı toyun güdazına getdi
Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulub.
Əldə etdiyimiz məlumata görə, onun barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.
Sözügedən şəxs haqda araşdırma aparıldığı ilə bağlı bir neçə gün əvvəl məlumat yaymışdı. Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinat da olub.
Məlumatlara görə, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn yüksək vəzifəli məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparılıb, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlər dindirilib. Bu işə xərclənən vəsait dəqiqləşdirilib.
Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur.
Ümid etmək olar ki, ölkənin baş “liftyor”una verilən bu dərs sözügedən qəbildən olan məmurlar üçün sonuncu olacaq...
“Qafqazinfo”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...