ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- 13-01-2021, 14:44
- 732
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ulu öndərin məzarüstü abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.
Akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn ICESCO-nun Baş direktoru və nümayəndə heyətinin üzvləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından qəhrəman Vətən övladlarını xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.