"Çin Karqo" şirkəti Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibəti ilə təbrik edir
Təbrikdə deyilir:
“Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.
Müstəqilliyimizin bərpa olunmasında əsas amil sayılan 17 noyabr günü tarixə Azərbaycanda antisovet xalq hərəkatının təşəkkül tapmasıyla həkk olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən qəsdlərə və Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq 17 noyabr 1988-ci ildə Bakının Azadlıq meydanında xalqımızın uzunmüddətli mitinqləri başlamışdır. Bu mitinqlər daha sonra milli – azadlıq hərəkatına çevrilmiş və ölkəmizin xaosdan siyasi sabitliyə, iqtisadi tənəzzüldən intibaha uzanan yolunda mayak rolunu oynamışdır.
Bu gün bizi həmin tarixdən 32 illik bir zaman dilimi ayırır. "Çin Karqo" şirkəti, xalqımızın birliyini və istiqlaliyyət naminə mücadiləsini təcəssüm etdirən Milli Dirçəliş günü münasibətilə hər bir azərbaycanlını təbrik edib, ən xoş arzularımızı çatdırırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...