Ramiz Mehdiyev AMEA yığıncağına qatıldı - FOTOLAR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.
Yığıncaqda AMEA-nın prezidenti Akif Əlizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, komitə sədrləri və başqa qonaqlar iştirak edir.
Tədbirdən öncə Akif Əlizadə və Ramiz Mehdiyevin rəhbərliyi ilə qonaqlar Akademiyanın fəaliyyətini əks etdirən elmi-nailiyyətlər sərgisi ilə tanış olublar. Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, tədbirdə Akademiyanın 54 həqiqi üzv və 103 müxbir üzv iştirak edir.
O, AMEA-nın 2016-cı il aprelin 29-da keçirilən sonuncu ümumi yığıncağından sonra 12 üzvünün vəfat etdiyini deyib. A.Əlizadə vurğulayıb ki, 2016-cı il dünyada və regionda baş verən bir sıra mürəkkəb proseslərlə yadda qalıb: “Dünyanı bürümüş problemlər, proseslər, münaqişələr, narahatlıq yaradır. Azərbaycanda isə bu dövrdə sülh və sabitlik hökm sürüb. 2016-cı ildə multikulturalizm ili çərçivəsində müxtəlif tədbirlər keçirilib. Bu il çərçivəsində Azərbaycanın multikulturalizm siyasəti bütün dünyaya çatdırılıb. Bir sözlə, bəzi mürəkkəbliklərə baxmayaraq, ölkəmiz dinamik inkişaf etməkdədir”.
AMEA prezidenti qeyd edib ki, bu gün Azərbaycandakı bütün elmi işçilərin 30%-i akademiyada çalışır.
Qeyd edək ki, bu il AMEA-nın ümumi yığıncağı 2 dəfə - aprelin 28-i və mayın 2-də keçiriləcək. Mayın 2-də olacaq AMEA-nın Rəyasət Heyətində baş tutacaq Ümumi yığıncaqda isə AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...