SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ölkənin baş dəmiryolçusuna ümummilli liderimiz niyə qəzəblənibmiş?

Ölkənin baş dəmiryolçusuna ümummilli liderimiz niyə qəzəblənibmiş?

Tarix:

27-04-2017, 17:17

/ 111 379 dəfə oxundu.
Ölkənin baş dəmiryolçusuna ümummilli liderimiz niyə qəzəblənibmiş?

Bu gün kifayət qədər ciddi mövqe sahibi olan ölkənin baş dəmiryolçusu Cavid Qurbanovun zamnında mərhum prezident, ümummilli lider Heydər Əliyevin qəzəbinə tuş gəldiyi bir faktdır. Hətta bu fakt konkret prezident fərmanı ilə də təsbit olunub ki, həmin fərmanın altında da məhz Heydər Əliyevin imzası dayanır. Amma o da faktdır ki, bu gün Cavid Qurbanov kifayət qədər ciddi vəzifə sahibidir... Bu isə kifayət qdər şübhəli məqamlardan xəbər verir...
Xatırladaq ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cavid Qurbanov 1994-cü ildə o zaman prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: "Cavid Qəmbər oğlu Qurbanov (fərman haqqında ətraflı burada) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin."
Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələördə davam etdirib. O prezidentin həmin fərmanından sonra da 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.
2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Xatırladaq ki, Cavid Qurbanov oktyabrın 13-də dəmiryolçuların peşə bayramına həsr olunmuş tədbirdə qurumun özündən əvvəlki rəhbərliyini faktiki olaraq korrupsiya cinayətlərində ittiham etmişdi:
«Mən təyinat alanadək lokomotiv parkı yox dərəcəsində olub. 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa», - deyən C.Qurbanov yol infrastrukturunda rabitə sisteminin yox dərəcəsində olduğunu qeyd edib.
«Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70 faizi yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi», - sədr deyib.
C.Qurbanov «Azərdəmiryol»da yeyinti hallarına yol verildiyini ifadə edib. «Yolayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz», - C.Qurbanov bildirmişdi.
İndi isə qayıdaq keçmişə. Yəni necə oldu ki, Cavid Qurbanov təkrarən böyük etimada layiq görüldü. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, əslində Cavid Qirbanov ilk başdan o zamankı Nəqliyyat Naziri Ziya Məmmədovun fəaliyyətinə nəzarətçi kimi ortaya çıxmağa müvəffəq olub. Onun rahatlıqla öz dostlarına, ona etimad göstərənlərə zərbə vura bilmə qabiliyyəti nəhayətdə bu adamı hazırki mövqeyinə qədər daşıyıb. Bunu da bilgili qaynaq iddia edir.
Qeyd edək ki, mənbə Cavid Qurbanovla bağlı çox səs-küy yaradacaq faktları da açıqlayıb. Həmin materialları da yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləməyə hazırıq...

dia.az
Ölkənin baş dəmiryolçusuna ümummilli liderimiz niyə qəzəblənibmiş?
Ölkənin baş dəmiryolçusuna ümummilli liderimiz niyə qəzəblənibmiş?

Şərhlər

XƏBƏR LENTİ