SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bakı elitasından prezidentə dosye: “AZAL şefinin soyğunçu siyasətinə son qoyun”

Bakı elitasından prezidentə dosye: “AZAL şefinin soyğunçu siyasətinə son qoyun”

Tarix:

20-01-2017, 00:13

/ 2 207 dəfə oxundu.
Bakı elitasından prezidentə dosye: “AZAL şefinin soyğunçu siyasətinə son qoyun”

AZAL prezidenti Cahangir Əsgərov dövlətin başına bəla olub. Onun inhisarçı siyasəti akimiyyətdəki qruplaşmaları, nazir və müavinlərini, deputatları və komitə sədrlərini də narazı salıb.

Dövlət rəsmiləri tez-tez xarici konfranslara, səfərlərə yollanır və təyyarəyə aldıqları biletin məbləği onları az qala havalandırır.

Artıq iqtidar mənsubları da şahiddir ki, AZAL prezidenti soyğunçuluqla və inhisarçılıqla məşğuldur.

Hətta prezident İlham Əliyev də b usahədə monopoliya və qiymət bahalığını tənqid etmişdi. Dəfələrlə parlamentdə məsələ qaldırılıb. Di gəl ki AZAL şefinə batmaq mümkün olmayıb.

“AZAl” özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər buraxılmalıdır”

“Azərbaycan aviasiyası,“AZAL” monopolistdir. Bunun qarşısı alınnmalıdır. Azərbaycan aviasiyası, “AZAL” Azərbaycan iqtisadiyyatına, büdcəyə əlavə yükdür. Odur ki, “AZAL” özəlləşməyə çıxarılmalıdır”.

Bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında dilə gətirb.

O, qeyd edib ki, neçə ki, “AZAL”-ın inhisarçılığı davam edəcək, biletlərin qiymətlərinin, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar və bunun da nəticəsində narazılıqlar davam edəcək.

“Ona görə də “AZAl” özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər də buraxılmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Prezidentin masasına C.Əsgərovdan kütləvi şikayətlər daxil olur. Bu şikayətlər əsasən imkanlı və elitar təbəqəni əhatə edir.

Onlar qiymətlərin yüsək olmasından və AZAL rəhbərliyinin istefaya göndərilməsinin vacibliyindən yazırlar. İqtidarın yuxarı eşelonunda da veteran məmurun sərəncamının verilməsi barədə təkliflər səslənir.

Prezident müşavirələrin birində xidmət səviyyəsinə baxmayaraq, AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə, şəhərlərə nisbətən baha olması məsələsinə diqqət çəkmişdi.

Azərbaycanın yanacağı özü istehsal etməsinə baxmayaraq, yəni AZAL ucuz qiymətə yanacaq, üstəlik dövlətdən subsidiyalar aldığı təqdirdə biletlərin niyə baha olması barədə sual edilib.

Azərbacanda bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır.

Şəffaflığın təmini, qiymətlərin tənzimlənməsi üçün prezident hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliklərinə tapşırıq verib.

Ekspertlər düşünür ki, bu istiqamətdə əsas iş İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşəcək. Bu nazirliyin tərkibində fəaliyyət göstərən Antiinhisar Departamenti bu məsələni nəzarətdə saxlamalıdır. İndiki halda AZAL təbii inhisarçı hesab olunur.

Azərbaycanda bir sıra inhisarçı qurumlar kimi məsələn, metro, dəmiryolu və s. fəaliyyətini dövlət tənzimlədiyi kimi AZAL-ın da fəaliyyətini dövlət nəzarət etməlidir.

Hazırda Azərbaycanda AZAL-a rəqib yoxdur və nəticədə sərnişinlər ya onun bahalı biletlərini almalı olurlar, ya da qonşu Gürcüstana gedib oradan daha ucuz qiymətə bilet əldə edirlər.

İqtisadçıların hesablamalarına görə Azərbaycanda təyyarə bileti maya dəyərindən bir neçə dəfə baha qiymətə müştəriyə təklif olunur.

Xarici aviaşirkətlər eyni istiqamətə fərqli qiymətlər təklif edirlər. Əvvəla onlarda uçuşları həyata keçirən şirkətlərin sayı daha çoxdur və bu rəqabət mühiti yaradır.

İkincisi xarici şirkətlər xidmət səviyyəsi yüksək olan reyslərlə yanaşı, daha qənaətcil, məsələn, sərnişinə yemək təklif edilməyən ucuz biletlər təklif edirlər.

Şərhlər

XƏBƏR LENTİ