XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Həsənovun və Mehdiyevin AzərTAC-dakı şəbəkəsi nə işlə məşğul olub? - Böyük təmizləmə gözlənilir...

Həsənovun və Mehdiyevin AzərTAC-dakı şəbəkəsi nə işlə məşğul olub? - Böyük təmizləmə gözlənilir...

Həsənovun və Mehdiyevin AzərTAC-dakı şəbəkəsi nə işlə məşğul olub? - Böyük təmizləmə gözlənilir...
7-09-2020, 14:28

Prezidentin sabiq köməkçisi mühacir müxalifətlə necə əlaqə saxlayırmış?..

AzərTAC-da ən yaxın zamanda ciddi kadr dəyişiklikləri və yerdəyişmələr baş verəcək. Bu barədə PİA.az-ı məlumatlandıran mənbə bildirib ki, bu dəyişikliklərin vəö yerdəyişmələrin əsas məqsədi Əli Həsənovun və Ramiz Mehdiyevin AzərTAC-da yerləşdirdiyi kadrlardan təmizləməkdir.

Əsas dəyişikliklər isə AzərTAC-ın xarici bürolarında aparılacaq. Çünki AzərTAC-ın xarici büroları birbaşa Əli Həsənov tərəfindən təyin edilib və direktivləri də birbaşa sabiq şöbə müdirindən alıblar. AzərTAC-ın baş direktoru Aslan Aslanov isə onların işinə müdaxilə edə bilməyib. Ümumiyyətlə isə AzərTAC-dakı nüvə komanda birbaşa Ramiz Mehdiyevin və Əli Həsənovun direktivləri əsasında çalışıblar və məlumata görə Aslan Aslanov hələ də situasiyanı öz nəzarəti altına ala bilmir. Buna sübut olaraq isə mənbə Ramiz Mehdiyevin AME-nın rəsmi saytında hakimiyyətə meydan oxuyan yazılarının təkrarən AzərTAC-da dərc olunmasını göstərib.

Xatırladaq ki, ötən həftə yerli mətbuatda Ramiz Mehdiyevin və Əli Həsənovun ölkədə dövlət çevrilişi hazırlaması ilə bağlı sesnsasion iddilarla dolu geniş məqalə dərc edilib. Məqaləyə hələ ki, nə Ramiz Mehdiyev, nə də Əli Həsənov reaksiya verməyib. Bunun əvəzində isə daha əvvəl müalicə adı altında Türkiyəyə gedən Əli Həsənovun müalicəsini Almaniyada davam etdirəcəyi ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, Əli Həsənov Türkiyəyə gedərkən onun haqqında cinayət işinin açıldığı və əslində sabiq prezident köməkçisinin ölkədən qaçması haqda iddialar səsləndirilmişdi. Baş Prokuruluq isə bu iddiaları təsdiq etməsə də təkzib də etməmişdi. Görünür ki, Əli Həsənov Türkiyədə həbs olunaraq ölkəyə gətirilə biləcəyi ehtimalını nəzərə alaraq Almaniyaya getməyə qərar verib.



Yuxarıda sözü keçən məqalədə diqqət çəkən nüanslardan biri də Əli Həsənovun Qurban Məmmədova Türkiyədəki bir jurnalist vasitəsi ilə pul ötürməsi barədə iddiadır. Bununla bağlı PİA.az-a məlumat verən mənbə bildirib ki, ümumiyyətlə Əli Həsənovun Türkiyədə və Avropadakı bütün çirkli işlərini AzərTAC-ın iki əməkdaşı həyata keçirib və bu iki şəxs Əli Həsənovun Türkiyədəki və Avropadakı şəbəkəsini idarə ediblər. Bu şəbəkəyə mühacir biznesi və mühacir müxalifəti də daxildir.

Söhbət AzərTAC-ın Türkiyə və Şimali Kipr bürosunun rəhbəri Sabir Şahtaxtıdan və AzərTAC-ın Mərkəzi Avropa və Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovdan gedir. Qeyd edək ki, hər iki jurnalistin Bakıda və Sumqayıtda mənzilləri olduğu halda Əli Həsənov onlara jurnalistlərin binasında mənzil verib. Həmçinin hər iki jurnalist Əli Həsənovun birbaşa təqdimatı ilə “əməkdar jurnalist” fəxri adına layiq görülüblər. Halbuki iddiya görə Sahib Şahtaxtının Türkiyədəki, Vüqar Seyidovun isə Almaniyadakı fəaliyyəti daha çox jurnalistikadan kənar olub və onlar demək olar ki, vəzifələrinin öhdəsindən heç vaxt gəlməyiblər, daha çox Türkiyənin və Almaniyanın rəsmi məlumatlarını “kopya” edib AzərTAC-a göndərmək olub. Mənbə vurğulayıb ki, “təsəvvür edin, Ərdoğan Almaniyaya səfər edir, ciddi müzakirələr gedir, regionun gələcəyindən danışılır, ancaq AzərTAC-ın xüsusi müxbiri gözləyir ki, Almaniya, yaxud Türkiyə mətbuatı nəsə yazsın, bu da həmin mətni tərcümə etdirin göndərsin. Yaxud Türkiyədə çevrilişə cəhd olur, AzərTAC-ın müxbiri ğz məlumatını yox, Anadolu agentliyinin məlumatlarını verir. Bununla belə, həmin şəxslər dövlət xəbər agentliyinin “altun çoçukları” olaraq qalır”.

Bəs Əli Həsənovun Türkiyədəki və Avropadakı şəbəkəsini yönləndirən bu şəxslər nə işlə məşğul olublar? Mənbə bildirir ki, bu şəxslərin əsas işi Əli Həsənovun tapşırıqlarını yerinə yetirmək olub. Misal üçün Sabir Şahtaxtının Türkiyədəki əsas işi Əli Həsənovun çox saylı biznes obyektlərini idarə etmək və Əli Həsənovun adından Türkiyəyə gələnləri qarşılayıb yerləşdirmək olub. Yəni AzərTAC-ın Türkiyə və Kiprdəki xüsusi müxbiri əslində Əli Həsənovun xüsusi nümayədəsi olub.



Eyni zamanda Sabir Şahtaxtının bir vəzifəsi də Əli Həsənovun Türkiyədə “trol şəbəkəsini” formalaşdırmaq və bu şəbəkəni yönləndirmək olub. Həmçinin Türkiyə və Avropadakı mühacir müxaliflərlə Əli Həsənov arasında əlaqələndiricilərdən biri olub.

PİA.az-ın başqa bir mənbədən əldə etdiyi məlumata görə “trol şəbəkələrini” yönləndirmək üçün istər Sabir Şahtaxtıya, istərsə də Vüqar Seyidova tezisləri Əli Həsənovun PA çalışan qohumu Bəhruz Həsənov göndərirmiş.

Vüqar Seyidova gəlincə isə AzərTAC-ın Mərkəzi Avropa və Almaniya üzrə xüsusi müxbiri eyni zamanda Əli Həsənovun başında dayandığı mühacir biznesinin Avropadakı əsas əlaqələndiricisi olub. Belə ki, mənbə iddiasına görə Vüqar Seyidov Azərbaycandan Avropaya gedən miqrantları qarşılayıb və onların yerləşdirilməsi ilə bilavasitə məşğul olub. Bunun üçünsə Vüqar Seyidov daha əvvəllər Avroya gedən miqrantlardan istifadə edib.



Maraqlıdır ki, Vüqar Seyidovun xanımı Pərvanə Qarayeva həmçinin AzərTAC-ın Avstriya və Macarıstan üzrə xüsusi müxbiridir və əslində bu ailə Əli Həsənovun Avropadakı bütün şəbəkəsini idarə etməklə yanaşı sabiq prezident köməkçisinin Avropadakı boznesini də idarə edir. Qeüyd edək ki, yuxarıda qeyd edilən məqalədə iddia olunur ki, Əli Həsənovun Türkiyə və Avropada 400 milyon dollarlıq biznes şəbəkəsi fəaliyyət göstərir.

Xatırladaq ki, Vüqar Seyidov və xanımı Pərvanə Qarayeva Macarıstan vətəndaşlığını alıblar.



AzərTAC-dakı vəziyyətlə yaxından tanış olan başqa bir mənbə isə PİA.az-a bildirib ki, böyük ehtimalla Aslan Aslanov da vəzifəsindən alınacaq, hətta Aslan Aslanov vəzifəsində qalsa belə, AzərTAC-ın bütün nüvə komandası və xaricdəki xüsusi müxbirlərin böyük əksəriyyəti dəyişdiriləcək. Mənbə qeyd edib ki, ümumiyyətlə AzərTAC-ın xaricdəki xüsusi müxbirlərinin əksəriyyəti jurnalistikaya aid olmayan və peşə qabiliyyəti sıfıra bərabər olan şəxslər tutublar. Bu şəxslər sadəcə xaricdə özləri üçün komfortlu və toxunulmaz həyat şəraiti yaradıblar. Onların arasında Əli Həsənovun və Ramiz Mehdiyevin yaxın qohumları var. Misal üçün AzərTAC-ın Qazaxıstandakı xüsusi müxbiri İlahə Əhmədova Mehdiyevin bacısı qızıdır. Bu xanımın jurnalist olmadığı və çalışdığı sahədən tamamilə xəbərsiz olduğu vurğulanır. Onun adından çıxan yazıları isə başqaları yazır.

AzərTAC-ın İstanbuldakı bürosunu isə keçmiş baş nazir Novruz Məmmədovun yaxın qohumu idarə edir.

Mənbə onu da vurğulayıb ki, Əli Həsənov AzərTAC-ın xarici bürolarına əsasən özünün ya da Ramiz Mehdiyevin şəxsən tanıdığı adamları təyin edib. Buna baxmayaraq həmin şəxslərə xaricdə AzərTAC adından çalışmaq minimum 10 min manata başa gəlib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.