XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Səfər Mehdiyev dövlətin DÜNYAYA nümunə olan qərarını necə şübhəyə almaqdadır... - DGK ASAN xidməti necə işsiz qoyub?

Səfər Mehdiyev dövlətin DÜNYAYA nümunə olan qərarını necə şübhəyə almaqdadır... - DGK ASAN xidməti necə işsiz qoyub?

Səfər Mehdiyev dövlətin DÜNYAYA nümunə olan qərarını necə şübhəyə almaqdadır... - DGK ASAN xidməti necə işsiz qoyub?
2-09-2020, 12:45

"Söz verdiyimiz kimi, indi də sizə 17 il əvvəl Səfər Mehdiyevin verdiyi bir təklifi barədə və canfəşanlıqla qurduğu bir idarə haqqında yazacağıq... http://www.dia.az/9/261394-xalqda-qezeb-yaradan-sefer-mehdiyev-karqolar-vasitesile-ne-qeder-ogurlayr.html ". Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "2004-cü ilin əvvəlində o zamanlar Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini olan Səfər Mehdiyev təklif verdi ki, xaricdən gətirilən bütün avtomobillər ancaq Bakida “rastamoşka” edilsin və yeni bir İdarə yaradılsın.

Səfər Mehdiyevin məqsədi işi bir ələ cəmləşdirməklə yeni gəlir yeri yaratmaq və bütün qohumlarını yeni yaradılan idarəyə yerləşdirməklə, vəzifə kürsüsü vermək idi. Həqiqətən də elə oldu, bütün qohumlarını, tanışlarını həmin idarədə yerləşdirdi. Hətta hazırda DGK-nin birinci müavini olan İsmayıl Hüseynovu təzə yaradılan idarəyə BBGİ-dən inspektorluqdan birbaşa idarə rəisinin müavini təyin etdirdi və bütün qara kassanı ona həvalə etdirdi.

Səfər Mehdiyevin təkidiylə 2004 cü ildə yaradılar Avtonəqliyyat Gömrük idarəsi bu gün də bir kal armud olub keçib bu mullətin boğazına.

Bir anlıq fikirləşin, Qırmızı Körpü gömrük postundan keçən avtomobil 500 km yol gedib 6 gömrük idarəsinin yanından keçib (1 Qırmızı Korpü, 2 Tovuz gömrük İdarəsi, 3 Gəncə gömrük İdarəsi, 4 Yevlax gömrük İdarəsi, 5 Şirvan gömrük idarəsi, 6 Baki Baş Gİ... ayrıca bir idarədə - bir nəfərin əlində cəmləşdirilməsində məqsəd nə idi?

Avtomobilə 3 vergi növü var. (idxal vergisi, aksiz vergisi, ƏDV) İkisi mühərrikin gücü nəzərə alınmaqla tətbiq olunur, yalnız ƏDV qiymətə təsir edir. Olmazmı elə vətəndaş inzibati ərazi üzrə istədiyi yerdə dövlətin büdcə vergisini versin, getsin evinə? Budumu asanlaşmış dövlət xidməti və yaxud da dövlət nədən bu sahədə ASAN Xidmət üsul-idarəsini tətbiq etmir?

Qazaxın Poylu kənd sakini niyə 500 km yol gəlib Bakida uzun bir növbədən sonra kimlərinsə qəbuluna düşməlidi, iki qat pul ödəməlidi? (dayanacaq pulu günə 20 manat) Və həmin vətəndaş nədən iki-üc gün vaxt itirərək avtomobilini sənədləşdirib yenidən geri 500 km yol getməlidi? Olmazmı vətəndaş gediş-dönüş 1000 km yol gedib, tək benzinə 100-150 manat xərcləyib, iki-üc gün vaxt itirməkdənsə, elə evinin yaninda dövlətin büdcə pulunu versin? Səfər Mehdiyevin qohumlarına vəzifə, kürsü, kabinet lazımdı deyə bu millətə niyə zülm edilir? Budurmu elektron hökümət? Budurmu ASANlaşdırılmış dövlət xidməti?

Tək dayanacaq pulu adı altında hansısa özəl şirkətə niyə 30-40 manat ödənməlidi? Bu gün rayonlarda bir kisə unun qiyməti 28 manatdır. Olmazmı getsin bir kisə un alıb balalarına yedizdirsin? Nə vaxta kimi bu millət Səfər Mehdiyevin qohumlarını yedizdirməlidir?

Nazirlər Kabinetinin 26 aprel 2016 cı il tarixli 168 saylı qərarı Bənd 3-də qeyd edilib ki, vətəndaşın təşəbbüsü ilə labaratoriya ödınişlidir. Vətəndaşın öz təşəbbüsü olsun deyə bütün avtomobillərin sahibləri məcbur edilir ki, gedib özləri labaratoriyadan rəy alsınlar ki "evro 4" standartına uyğun gəlir. Gülməlidir... 2020-ci ilin "S klas" modelli "mersedes"ini məcbur edirlər ki, get labaratoriyadan arayış al. Vətəndaş deyir ki, istehsalçı olan dövlət - Almaniya yazib ki, avtomobili "evro 6" standartıdı. "Yağın içində" maşındı, arxa oturacağı adamı maşaj edir. Gömrük deyir ki, zavoda, istehsalçı dövlət olan Almaniyaya inanmırıq, get 50 manat ödə arayış al kı "evro 4" standartından yuxarıdır. Azərbaycan "S klas" "mersedes"in bir şrupunu istehsal eləmir, bir kolbası olmuyan Gomrük labaratoriyası 50 manat ödənilən kimi heç kapotu açmadan rəy verir ki, həəə... qəşəng maşındı bu "evro 6"dır. Gülməmək olmur.... Həm də elə ağlamamaq..."

"Səfər Mehdiyevin 17 il əvvəl verdiyi təklifin bəlasını nə vaxta kimi bu millət cəkməlidi?" deyən məqalə müəllifi dia.az-a daha sonra yazır: "Diqqətinizə catdıraq kı, gömrüyün ən cox şikayət olunan idarələrindən birincisi Avtomobil gömrük idarəsidir. Nigar Köcərli demişkən, orada işləyənlərin də hamısı Səfər Mehdiyevin qohumları, dostlarıdır, nazir və məmur balalarıdır.

Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaradılmış ASAN xidmətdə oturan gömrük əməkdaşları uzun illərdi nə iş görür? Niyə gömrükdən ASAN xidmətə heç nə verilmir? Olmazmı elə bu avtomobil verilsin ASAN xidmətə? Nə vaxta kimi 1800-2200 manat əmək haqqı alan gömrük əməkdaşı ASAN xidmətdə telefonda “iqra” oynayacaq?

Mətbuat şöbəsi cavab verin. Niyə Cənab Prezidentin fərmanı icra edilmir? Niyə Gömrükdən ASAN xidmətə hec nə verilmir?

Əvvəllər vətəndaşlar DİN-dən xarici pasport almaq ücün gecə saat dördən növbə tuturdular. Bu iş ASAN xidmətə verildikdən sonra bir neçə kürsü boş qaldı. Səfər Mehdiyev yaxşı bilir ki avtomobillərin rəsmiləşdirilməsi ASAN xidmətə verilsə, onun qohumlarının bir neçəsi kürsüsünü və gəlir yerini itirəcək. Bax hər şeyə buna görədir... Səfər Mehdiyevin şəxsi maraqlarına görə..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.