Səfər Mehdiyevə İLK ZƏRBƏ GƏLİR... - Avtonəqliyyat Baş Gömrük İdarəsi DYP-yə veriləcək
- 24-08-2020, 09:37
- 1 450
Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə DGK sədri əsas gəlir ünvanlarından birini itirəcək, DGK-nın səlahiyyətləri azaldılacaq.
Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyev, eynilə Ziya Məmmədovla bağlı hərəkət planında olduğu kimi mövqelərini tədricən itirəcək. İlk əvvəl DGK-nın səalhiyyət arealı məhdudlaşdırılacaq. Prosesə artıq start verilib və yaxın günlərdə DGK sədri ilk itki ilə üz-üzə qalacaq".
Mənbə iddia edir ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin DGK-dan alınaraq Dövlət Yol Polisinə həvalə edilməsi gözlənilir: "DYP ilə yanaşı Avtonəqliyyat Baş Gömrük İdarəsinin bəzi səlahiyyətli ASAN Xidmətə həvalə ediləcək. Əslində bu addımın mahiyyətində illərdən bəri ölkəyə avotomobil gətirən vətəndaşların da əsas qayğıları - gömrükdə yaradılan süni əngəllər aradan qalxmış olacaq".
Mənbə əlavə edir ki, Səfər Mehdiyev təkcə Avtonəqliyyat Baş Gömrük İdarəsini itirməyəcək: "Əlavə addımların da atılacağı planlaşdırılır".
Bizi izləməkdə davam edin. Yeni bilgilərimiz olacaq...