SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gömrüyün də Mikayıl Cabbarovun nəzarətinə verilməsi ən doğru addım olardı - Səfər Mehdiyev vəzifədə bir müddət də qalarsa...

Gömrüyün də Mikayıl Cabbarovun nəzarətinə verilməsi ən doğru addım olardı - Səfər Mehdiyev vəzifədə bir müddət də qalarsa...

Tarix:

9-06-2020, 12:02

/ 1 233 dəfə oxundu.
Gömrüyün də Mikayıl Cabbarovun nəzarətinə verilməsi ən doğru addım olardı - Səfər Mehdiyev vəzifədə bir müddət də qalarsa...

Son illlər ölkəyə gətirilən avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılması etirazla qarşılanır. DİA.AZ-ın məlumatına görə, elə bu sui-istifadə və özbaşınalığın nəticəsidir ki, ölkədə avtomobillərin qiyməti sürətlə bahalaşır. Artırılmış rüsumu ödəyə bilməyən bəzi vətəndaşlar isə ölkəyə gətirdikləri avtonəqliyyat vasitələrini gömrük rəsmiləşdirilməsi aparılmadan idarə eləmək məcburiyyətində qalırlar.

Bununla bağlı danışan mənbə bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır: "Ölkəyə gətirilən avtomobillərlə bağlı inhisarçı maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib".

Dia.az-a danışan mənbə əlavə edib ki, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür: “Əgər Səfər Mehdiyev bir müddət də vəzifə başında qalarsa, Dövlət Gömrük Komitəsinin ləğv edilməsindən başqa yol qalmayacaq. Əslində DGK İqtisadiyyat Nazirliyinin tərkibində bir idarə kimi fəaliyyət göstərməli, gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Qosqoca Vergilər Nazirliyi əgər İqtisadiyyat Nazirliyinə birləşdirilirsə, DGK nədən bu vaxta qədər müstəqil qurum kimi saxlanılır, anlaşılan deyil.

Əslində bu gün DGK Səfər Mehdiyevin şəxsi maraqlarının təminatçısından özgə funksiya daşımır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmağa çətinlik çəkirlər, ölkəyə gətirilən mallar isə astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılır. Bundan başqa, bir çox malların gətirilməsinə inhisarçı maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkələrə qoyurlar.

Bu baxımdan, gömrüyün də Mikayıl Cabbarovun nəzarətinə verilməsi ən doğru addım olardı”.

Şərhlər

XƏBƏR LENTİ