XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...

Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...

Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...
19-05-2020, 18:20

Özünü zamanında hakimiyyətin fikir babası kimi düşünən və hətta çevrəsindəkilərə belə bunu əxz etməyə çalışan, bir zamanlar isə iqtidardaxili rəqiblərini yenərkən özünü bütün dəyərlərin fövqündə hiss edən Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovdan xəbər var. Belə ki, mötəbər mənbədən əldə etdiyimiz bilgiyə görə, məhz dövlətin KİV-ə qayğısını şəxsi cılız maraqları fonunda ifadə etməsi səbəbindən bu adamla bağlı hüquqi müstəvidə qərar veriləcək.

Mənbənin dia.az-a söylədikləri: "Əli Həsənov təbii ki, təkcə mətbuatdan sorumlu deyildi. Və hətta onun yerli siyasi cameə ilə hansı oyunbazlıqlara getdiyi də diqqətdən kənarda deyil. Amma burada məsələ məhz mətbuata dövlət adından yönələn siyasətin manipulyasiya edilməsindən getdiyindən və ortada kifayət qədər böyük vəsaitin dədə malı kimi xərclənməsindən söhbət gedir ki, buna görə Əli Həsənov hüquq-mühafizə orqanlrına izahat verməli olacaq".

Mənbə iddia edir ki, eyni zamanda KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin də anoloji ittihamlarla üz-üzə qaldığınıd a iddia edir: "Ümumiyyətlə, bəlli şəbəkə var və bu şəbəkə cavab verməlidir. Çünki görəvdən alınmalarına rəğmən hələ də könül bulandırırlar ki, bu da artıq onlar barəsində hüquqi addımların atılmasını vacib şərtə çevirir"

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.