Əli Həsənova qarşı məhkəmə çəkişmələri başladı - GƏLİŞMƏ
"Prezidentin köməkçisi Əli Həsənov vəzifəsindən azad olunandan az sonra yazmışdım ki, onun göstərişi ilə haqqımda böhtan, təhqir yazan yaramazlarla bağlı məhkəmələrdə qaldırdığım bütün iddialardan imtina edirəm. Hesab edirdim ki, Əli Həsənov vəzifəsindən azad olunandan sonra onun tapşırıqlarını icra edənlər etdiklərindən peşman olub yaramazlıqlarından əl çəkəcəklər. Ancaq keçən müddət ərzində gördüm ki, humanist yanaşmamda yanılmışam”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, Bunlar öz murdar əməllərindən əl çəkməyiblər, indi də özlərinə yeni sahib axtarırlar: “Yal verənlərinə qulluq etməyə öyrəniblər. Ona görə bu günə qədər məhkəmələrdə qaldırdığım işləri davam etdirəcəm və hələ haqlarında müraciət etmədiyim yaranmazları da məhkəmələrə verib cəzalandıracam. Bu məxluqatlarla ancaq zor dilində danışmaq lazımdır. Bunlar insan dilini, ədəb-ərkan, bağışlanmaq nə olduğunu bilən deyillər. İçlərində olan murdarlıqları imkan olan kimi bayıra dağıtmağa öyrəşiblər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...