SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » DGK-da həbslərin DAVAMI OLACAQ... - GƏLİŞMƏ

DGK-da həbslərin DAVAMI OLACAQ... - GƏLİŞMƏ

Tarix:

17-03-2020, 11:31

/ 1 186 dəfə oxundu.
DGK-da həbslərin DAVAMI OLACAQ... - GƏLİŞMƏ

Bir neçə gün əvvəl məlumat yayıldı ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə, külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırma aparılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük maşını saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları – Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu həbs eyni ərazidə gömrükçülərin həbs edilməsi baxımından ilk hadisə deyil və buna qədər də iki il əvvəl Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektorunun qollarına qandal vurulmuşdu və o, ağır cinayətdə ittiham olunurdu.

Bütün bu faktları xatırladan mötəbər mənbə DİA.AZ-a bildirir ki, əslində anoloji əməliyyatlar gömrük komitəsinin istənilən strukturunda keçirilsə, hətta DGK-nın əsas binasında da belə bir hüquqi araşdırma aparılsa, xeyli sayda həbslər baş verər: "Səfər Mehdiyev gələndən gömrük komitəsində islahat görüntüsü yaradıldığı faktdır. Amma reallıq isə tamam başqadır. Təbii ki, hüquq-mühafizə orqanları öz işlərini layiqincə görürlər, bundan sonra da görəcəklər. Amma görünəni odur ki, DGK rəhbərliyi bu araşdırmaların qarşısında əngəl rolunu oynayır ki, bu da səbəbiz deyil".

Mənbə iddia edir ki, amma nəhayətdə Səfər Mehdiyev də gücsüz duruma düşəcək: "Görünəni budur və artıq Samur Gömrük postundan başlanan həbslərin digər DGK strukturlarına da çatacağı şübhəsizdir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ