Cavid Qurbanovun daha bir ŞÜBHƏLİ ƏLALTISI... - İTTİHAM
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov haqqında redaksiyamıza yeni məlumatlar daxil olub. Onu da bildirək ki, neçə müddətdir Cavid Qurbanova güvənib işçilərin haqqını yeyən "Azəryol-Tikinti" MMC-nin rəhbəri Azər Hüseynovla bağlı narazılıqları diqqətinizə təqdim edirik. Həmin faktlardan aydın olur ki, əslində Cavid Qurbanovun gizli biznesini yürüdənlərdən biri olan Azər Hüseynovun işçi haqqın yeməsi bir yana, bu zaman kimsəni belə nəzərə almaması onun məhz Cavid Qurbanov kimi arxasının olması ilə əlaqələndirilir.
DİA.AZ-a daxil olan son informasiyalardan birində isə Cavid Qurbanovun hesabına böyük sərvətlər əldə edən başqa bir şəxsdən, yəni baş dəmiryolçunun gizli biznesini yönəldən digər bir fiqurdan danışılır. Məlumatlarda bildirilir ki, Cavid Qurbanov Astara-Astara dəmir yolunun tikintisini hələ o zaman təsadüfi birinə verməyibmiş. Həmin şəxs ASC sədrinin yaxın dostu, hazırda Azərbaycan Dəmir Yolları QNSC-də yüksək pots tutan Xəqani Kazımov idi.
Bu həmin Xəqani Kazmımovdur ki, bir neçə il əvvəl oğlu Vüsal Kazımov mətbutın ulduzuna çevrilmişdi. Mediada Vüsal Kazımovun dəbdəbəli həyat tərzini və bahalı maşınlarını əks etdirən fotolar yayılmışdı. Xaqani Kazımovun oğlunun əməlləri hətta baş prokuror Zakir Qaralovu da hiddətləndirmişdi. Baş prokuror onun prokurorluq orqanlarından qovmuşdu.
Başqa bir məlumat isə Cavid Qurbanovla Sürət Hüseynov arasında ilişkilərdən bəhs edir. Doğrudur, bu gün Cavid Qurbanov indi özünü Azərbaycan hakimiyyətinə sadiq göstərməyə çalışır. Amma Ümummilli lider mərhum Heydər Əliyev vəzifə saxtakarlığına görə onu işdən qovmuşdu. Sonradan Cavid Qurbanov hansısa yollarla yenidən iqtidarda özünə yer elədi.
Indisə baş dəmiryolçunun Sürət Hüseynovla ilişkiləri barədə. Məlumatlara görə, Cavid Qurbanov Sürət Hüseynovla dostluğunun xatirinə onun ən yaxın adamı olan Saday Nəzərova ilginc jest edərək, xüsusi güvən göstərərək Çexiyadakı biznesini Saday Nəzərovun oğluna tapşırıb.
Hər halda bu faktlar hazırda dövlətimiz əleyhinə yenidən hərəkətə keçən Surət Hüseynovun hansı ünvanlardan qidalandığını müəyyən edilməsi üçün mütləq araşdırılmalıdır...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...