XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » SABİQ DEPUTAT QUDASINA DA BORCLUDUR – "220 min dollarını alıb, qaytarmır..."

SABİQ DEPUTAT QUDASINA DA BORCLUDUR – "220 min dollarını alıb, qaytarmır..."

SABİQ DEPUTAT QUDASINA DA BORCLUDUR – "220 min dollarını alıb, qaytarmır..."
30-01-2020, 12:51

Deputat vəsiqəsini girov qoyaraq borc götürən, qaytarmadığı üçün gündəmə gələn və buna görə mandatından imtina etmək məcburiyyətində qalan sabiq millət vəkili Rafael Cəbrayılovun adı yeni bir qalmaqalda hallana bilər.


Bu barədə xəbər “AzPolitika.info”-ya məlumatlı mənbədən daxil olub. Belə ki, sabiq millət vəkilinin yalnız yadlardan deyil, yaxın qohumlarından da borc kimi aldığı pulları qaytarmadığı iddia olunur. Belələrindən birinin də qudası Məmmədov Eldəniz Əliş oğlu olduğu bildirilir.


İddiaya görə, Rafael Cəbrayılovun iş görmək adı ilə borc aldıqları arasında qudası da olub. Sabiq millət vəkilinin qısa müddətdə qaytarmaq adı ilə qudası Eldəniz Məmmədovdan 220 min dollar aldığı bildirilir. Ancaq dəfələrlə istənilməsinə baxmayaraq, Rafael Cəbrayılov indiyədək borcunu qaytarmayıb. Bunun da iki qohum ailə arasında münasibətlərin soyumasına, hətta pisləşməsinə gətirib çıxardığı bildirilir.


Qeyd olunan iddia ilə bağlı Rafael Cəbrayılov və qudasının münasibətlərini öyrənə bilmədik. Ancaq istənilən vaxt onların da mövqeyini dərc etməyə hazırıq.


Xatırladaq ki, bir neçə ay əvvəl Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə Fətəliyeva Təranə Rasim qızından 300 min ABŞ dolları məbləğində borc aldığı məlum olmuşdu. Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət etmişdi.


Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs - Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu haqda məlumatlar, Rəfael Cəbrayılovun səs yazıları mətbuatda işıqlandırıldıqdan sonra o, mandatından imtina etməsi ilə bağlı parlamentə müraciət etdi. Rəfael Cəbrayılov belə bir vəziyyətlə üzləşməsində bina tikintisi ilə məşğul olan qardaşını və onun şəriklərini ittiham edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.