SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Bu, digərlərinə də dərs oldu” - Prezident

“Bu, digərlərinə də dərs oldu” - Prezident

Tarix:

10-04-2017, 15:21

/ 58 447 dəfə oxundu.
“Bu, digərlərinə də dərs oldu” - Prezident

Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
xalqxeber.az xəbər verir ki, bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məısələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən prezident qeyd edib ki, 2017-ci il bizim üçün uğurlu il olacaq.
Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib. Ölkəmizin təhlükəsizliyinin təmin etmək məqsədi ilə tədbirlər gördüyünü söyləyib.
Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini və beynəlxalq tədbirlərdə iştirak etdiyini deyən İ. Əliyev qeyd edib ki, bu ilin birinci rübündə Bakıda keçirilən V Qlobal Forum, ABŞ və Rusiyanın Silahlı Qüvvələrinin rəhbərlərinin görüşü Azərbaycanın dünyadakı rolunu göstərir.
Bu ilin birinci rübündə də Qarabağ münaqişəsinin həllinin diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını və buna nail ola bilməyəcəyini deyən Əliyev bildirib ki, Minsk qrupu həmsədrləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. BMT-nin qəbul etdiyi 4 qətnamə qeyd şərtsiz qəbul olunmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.
Qarabağda keçirilən qondarma referendumdan danışan prezident bununla Ermənistanın özünü bir daha biabır etdiyini qeyd edib.
Prezident Dağlıq Qarabağa qanunsuz səfər etmiş əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında həbs edilərək Azərbayacana gətirildiyini xatırladıb: “Bu, həm bizim qanunlarımızı pozan şəxsə, həm də digərlərinə dərs oldu”.

Şərhlər

XƏBƏR LENTİ