SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nizaməddin Quliyevin ardından onun himayədarının da başı dərddədir... - GƏLİŞMƏ

Nizaməddin Quliyevin ardından onun himayədarının da başı dərddədir... - GƏLİŞMƏ

Tarix:

25-12-2019, 16:59

/ 1 548 dəfə oxundu.
Nizaməddin Quliyevin ardından onun himayədarının da başı dərddədir... - GƏLİŞMƏ

Bir müddət əvvəl Bibiheybət qəsəbəsindən keçən əsas yolun dağıntıya məruz qalması böyük söz-söhbətə səbəb olmuşdu...

Hətta ölkənin ən ranqlı məmurları belə hadisə yerinə gələrək, sürüşmənin yaratdığı fəsadla tanış olmuşdular. Lakin həmin hadisədən sonra verilən yeganə açıqlama isə bu oldu ki, tezliklə yolun bərpasına start veriləcək.

Məlumata görə, Bibiheybət yolunun uçması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilkin araşdırma apararaq, hadisənin hansı səbəbdən baş verməsi, yolun standarta uyğun tikilib, tikilməməsi barədə rəy hazırlayıb. Həmin rəy Nazirlər Kabinetinə təqdim olunub, oradan isə hüquq-mühafizə orqanlarına yönəldilib.

Məlumatda deyilir ki, yekun rəyə əsasən sözügedən yol standartlara uyğun inşa edilməyib. Eyni zamanda, yolun çəkilişi zamanı maliyyə yeyintilərinə də yol verildiyi qeydi aparılıb. Mənbə bildirir ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı təhqiqat apararaq, verilən rəylə bağlı hüquqi əsaslandırmanı müəyyən etməli, daha sonra isə hadisə ilə bağlı cinayət işi açılması barədə qərar qəbul edəcəklər.

JAMAZ.İNFO-ya daxil olan məlumatlarda deyilir ki, Bibiheybət yolunun uçması ilə bağlı cinayət işinin açılacağı istisna edilmir. Qeyd edilir ki, əgər cinayət işi açılarsa, bu bir çox məmurların prosesə cəlb edilməsi ilə nəticələnəcək. Xüsusən də ləğv edilmiş Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri, o cümlədən sabiq nazir Ziya Məmmədov barəsində də cinayət işi açıla bilər. İddia edilir ki, yolun çəkilişi birbaşa Ziya Məmmədovun nəzarəti altında olub. Həmçinin tikinti işlərinə külli miqdarda pul ayrılıb ki, onun da bir qisminin mənimsənildiyinə dair rəy artıq verilib.

Keçmiş nazirə hansı maddələrə əsasən ittiham irəli sürüləcək və ya onun nədən ittiham olunacağı bəlli deyil. Bəzi məlumatlara görə, Ziya Məmmədova cinayət işi açılarsa, bu hansısa siyasi məsələ ilə bağlı ola bilər. Güman edilir ki, son dönəmlər keçmiş nəqliyyat naziri və onunla birlikdə olan sabiqlərin bir neçəsi dolayı yolla hakimiyyət əleyhinə bir sıra addımların atılmasını təşkil ediblər. Elə Ağstafanın icra başçısı Nizaməddin Quliyevin də Ziya Məmmədovun kadrı olduğu və bu səbəbdən həbs olunduğuna dair məlumatlar da var.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Şərhlər

XƏBƏR LENTİ