XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi
12-12-2019, 16:36

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Abşeronda da dərin kədər hissi ilə anılıb.

Xırdalan şəhər H.Əliyev adına mədəniyyət və istirahət parkında baş tutan anım mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, idarə və müəssisələrin kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və minlərlə abşeronlu dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Mərasimin sonunda Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Abşeronluların da Heydər Əliyevə sevgi və məhəbbəti sonsuzdur. Bu dahi insan abşeronluların yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.

Rayon sakinləri Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayırlar. Ümummilli Liderin xatirəsini əziz tutan abşeronlular gün ərzində dahi şəxsiyyətin abidəsinin ziyarət edib, önünə gül-çiçək düzüblər.
Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.