SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

Tarix:

12-12-2019, 14:25

/ 1 141 dəfə oxundu.
Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

12 dekabr 2019-cu il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
İlk öncə Azərbaycan diasporasının üzvləri, Azərbaycan İş Mərkəzinin əməkdaşları, Ulu Öndərin adını daşıyan 11 saylı məktəbin kollektivi və şagirdləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz Ulu öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoymuşlar.
Daha sonra Həştərxan şəhərində yerləşən, Heydər Əliyev adına 11 saylı orta məktəbdə anım mərasimi keçirilmişdir. İlk öncə məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilmişdir.
Mərasimdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışmışlar.
Bildirilmişdir ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuşdur. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, onun dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.
Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının məhz Ulu Öndərin adını daşımasından fəxr etdiklərini bildirmişlər.
Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir


Şərhlər

XƏBƏR LENTİ