SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rafael Cəbrayılov üçün son bazar – Prokurorluğa müraciət olunacaq

Rafael Cəbrayılov üçün son bazar – Prokurorluğa müraciət olunacaq

Tarix:

17-10-2019, 17:14

/ 1 345 dəfə oxundu.
Rafael Cəbrayılov üçün son bazar – Prokurorluğa müraciət olunacaq

Keçmiş deputat Rafael Cəbrayılov borc aldığı vətəndaşlardan oktyabrın 20-nə qədər möhlət istəyib.

Yenisabah.az-a daxil olan məlumata görə, Rafael Cəbrayılov borc aldığı vətəndaşları əmin edib ki, bazar günü pullar qaytarılacaq.

Məlumatda həmçinin bildirilir ki, Rafael Cəbrayılov villasını satışa çıxarmaqla yanaşı qardaşı Elşən Cəbrayılovdan da pul tələb edib. İş o həddə çatıb ki, keçmiş deputat qardaşının həbsinə də razıdır. Rafael Cəbrayılov hər yerdə bildirir ki, bu oyunu onun başına Elşən Cəbrayılov açıb.

Məlumat üçün deyək ki, Elşən Cəbrayılov tikinti biznesi ilə məşğuldur. O hazırda Türkiyənin İstanbul şəhərində Bəydüzü adlanan ərazidə hündürmərtəbəli binalar tikir. Bəzi iddialara görə, Elşən Cəbrayılovun biznesinə yatırım etdiyi pullar Rafael Cəbrayılovun banklardan götürdüyü kredit və aldığı borclardır.

Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlardan Təranə Fətəliyeva Yenisabah.az-a bildirib ki, keçmiş deputat deyilən vaxtda borcunu qaytarmasa prokurorluğa rəsmi şikayət ediləcək. “Rafael Cəbrayılovun ümumilikdə 12 nəfərə borcu var. Onlardan biri də mənəm. Bizdən bu həftənin cümə gününə qədər möhlət istəmişdi. Dedik ki, bazar gününə qədər də gözləyə bilərik. Bazar günün pullarımızı qaytarmasa, prokurorluğa şikayət edəcəyik. Artıq başqa yolumuz qalmır”, - deyə Təranə Fətəliyeva vurğulayıb.

O, Rafael Cəbrayılovun borclu olduğu şəxsləri qardaşı Elşən Cəbrayılovla üz-üzə qoymaq istəyi barədə məlumatı da təsdiqləyib. “Bizə deyir ki, bütün bunları edən Elşəndir. Hətta mənimlə olan danışığını da yayıb. Çünki orada Elşəni ittiham edir və məndən xahiş edir ki, qardaşınıa təzyiq gözstərim, onu şantaj edim və s. Lakin mənim Elşən Cəbrayılovla hər hansı problemim yoxdur. Mən pulları Rafael Cəbrayılova vermişəm. Digər şəxslər də pulları ona verib. İndi Rafael Cəbrayılovla qardaşı arasında hansısa problem varsa, bunun bizə dəxli yoxdur. Bizi öz davalarına qatmasınlar. Fürsətdən istifadə edib onu da deyim ki, mənimlə Rafael Cəbrayılovun səs yazısında emosional olduğum üçün bir qədər sərt ifadələr işlətmişəm. Bu ifadələrə görə, həm o səsyazısını yayımlayan media orqanlarından, onların oxucularından, məni tanıyanlardan üzr istəyirəm. Biz özümüzə hörmət edən, qabalıqdan uzaq adamlarıq. Lakin bu məsələ digər borc verənlər kimi mənim də əsəblərimi pozub. Həmin vaxt da çox əsəbi və emosional olmuşam”.

Şərhlər

XƏBƏR LENTİ