XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Hacıbala Abutalıbov, Əli Əhmədov, Yaqub Eyyubov, Əli Həsənov: - Baş nazirdən sonra növbə müavinlərə çatacaq?

Hacıbala Abutalıbov, Əli Əhmədov, Yaqub Eyyubov, Əli Həsənov: - Baş nazirdən sonra növbə müavinlərə çatacaq?

Hacıbala Abutalıbov, Əli Əhmədov, Yaqub Eyyubov, Əli Həsənov: - Baş nazirdən sonra növbə müavinlərə çatacaq?
9-10-2019, 16:03

Xəbər verildiyi kimi, Azərbaycanın Baş naziri Novruz Məmmədov vəzifəsindən istefa verib.

Novruz Məmmədov ərizəsində təqaüdə çıxmasını əsas gətirib. Qeyd edək ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun (Naxçıvan MR) Şıxmahmud kəndində doğulub. Baş nazir vəzifəsinə 2018-ci ilin aprelində təyin edilib.

Azərbaycanda təqaüd yaşında olan məmurlar kifayət qədərdir. Amma təqaüdə görə könüllü istefaya gedənlər demək olar ki, yoxdur.

Maraqlıdır, Baş nazirin təqaüd yaşına çatmış müavinləri Novruz Məmmədovun istefa jestini təkrarlaya bilərmi?

Cebhe.info xatırladır ki, Baş nazirin 4 müavini var.

Birinci müavin Yaqub Eyyubov 1945-ci ildə Bakıda anadan olub. 74 yaşı var. 2003-cü ildən (16 il) Baş nazirin müavini vəzifəsində çalışır.

Baş nazirin müavini Əli Əhmədov 1953-cü ildə Ermənistanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. 66 yaşı var. 2013-cü ildən (6 il) Baş nazirin müavini vəzifəsini tutur.

Baş nazirin müavini Əli Həsənov 1948-ci ildə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində dünyaya göz açıb. 71 yaşı var. 2018-ci ildən (1 il) Baş nazirin müavini vəzifəsində çalışır.

Baş nazirin müavini Hacıbala Abutalıbov 1944-cü ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 75 yaşı var. 2018-ci ildən (1 il) bu vəzifədə çalışır.

Hazırda Baş nazir postunu tutan Əli Əsədov Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə başçısının 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib. 8 oktyabr 2019-cu ildən Azərbaycanın Baş naziridir.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.