Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
- 30-08-2019, 11:31
- 974
Xəbəri verən qaynaq iddia edir ki, konkret olaraq Dövlət Gömrük Komitəsinin məhz hazırki sədr Səfər Mehdiyevə aid olan dönəminin təftiş edilməsi barədə qərar çıxarlıb.
Qaynağın söylədikləri: "Səfər Mehdiyev təbii ki, görəvinə təyin olunarkən onunla bağlı himayədarlıq edən güclər olub və o da konkret himayə altındadır. Amma indi vəziyyət o qədər gərginləşib ki, Səfər Mehdiyev tamamən müdafiəsiz durumda olmaqla yanaşı, barəsində gedən proseslərə təsir imkanları da demək olar ki, yox səviyyəsindədir".
Mənbə bildirir ki, Səfər Mehdiyevin qısamüddət ərzində daha çox neqativlərlə diqqətə gəlməsi gərəkən dairələr tərəfindən ciddi siqnal olaraq qəbul edilib: "Nəticəsini yaxn günlərdə görəcəksiniz. Mehdiyev cənabları postunda uzun vədə ərzində otura bilməyəcək. Görünəni budur".