Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
Son günlər gömrük sistemində yaşanan neqativləri davamlı xarakter alması və bütün faktların geniş ictimai rəydə ajiotajla qarşılanması artıq "yuxarı" instansiyaların da diqqətini cəlb edib. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, konkret olaraq Dövlət Gömrük Komitəsinin məhz hazırki sədr Səfər Mehdiyevə aid olan dönəminin təftiş edilməsi barədə qərar çıxarlıb.
Qaynağın söylədikləri: "Səfər Mehdiyev təbii ki, görəvinə təyin olunarkən onunla bağlı himayədarlıq edən güclər olub və o da konkret himayə altındadır. Amma indi vəziyyət o qədər gərginləşib ki, Səfər Mehdiyev tamamən müdafiəsiz durumda olmaqla yanaşı, barəsində gedən proseslərə təsir imkanları da demək olar ki, yox səviyyəsindədir".
Mənbə bildirir ki, Səfər Mehdiyevin qısamüddət ərzində daha çox neqativlərlə diqqətə gəlməsi gərəkən dairələr tərəfindən ciddi siqnal olaraq qəbul edilib: "Nəticəsini yaxn günlərdə görəcəksiniz. Mehdiyev cənabları postunda uzun vədə ərzində otura bilməyəcək. Görünəni budur".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...