SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır - iddia

Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır - iddia

Tarix:

24-08-2019, 09:56

/ 1 199 dəfə oxundu.
Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır - iddia

Azərbaycanda 2 pasiyenti cərrahiyyə masasında dünyasını dəyişən Sirus Qoçqaninin diplomu və Azərbaycanda sertifikasiyadan keçməsi haqda yeni məlumatlar ortaya çıxıb. Onun əməliyyat götürdüyü və cərrahiyyə masasında dünyasını dəyişən Sona Vəliyeva Gürgünün ailəsinin nümayəndəsi, ictimai vəkil Samir Zeynalov bununla bağlı redaksiyamıza məlumat verib. Deyib ki, Sirus Qoçqaninin çalışdığı klinikada olub, oranın rəhbəri ilə görüşüb:

“Ötən həftənin şənbə günü bir neçə jurnalistlə bərabər ”Baku Medical Plaza"nın qarşısından çəkiliş etməyə getdim. Bunu görən mühafizəçilər mənə mane oldular. Sonra klinikanın digər bir məsul şəxsi mənə yaxınlaşaraq klinikanın direktoru Pərviz Şükürovun məni gözlədiyini qeyd etdi. Mən direktorun qəbuluna getdim. Ondan soruşdum ki, Sirus Qoçqaninin sertifikasiyası varmı? O isə əminliklə dedi ki, var və yanvara qədərdir. Amma bu barədə mənə rəsmi sənəd təqdim etmədi. Eyni söz həkimin diplomu ilə bağlı da deyildi. Lakin yenə də ortada heç nə yox".

İctimai vəkil deyir ki, klinikada ümumiyyətlə onun istədiyi, ona maraqlı olan heç bir sənəd təqdim edilməyib: “Nəticədə bu barədə direktor mənə bildirdi ki, bu həftənin bazar ertəsi mənə şifahi ya da yazılı məlumat verəcək. Telefon nömrəmi də götürdü. Hətta onu da bildirdi ki, Qoçqaninin iştirakı ilə 3 tərəfli görüşümüz olacaq. Bu gün (dünın-red.) cümə günüdür. Mən bu günə qədər ona bir neçə dəfə zəng vurmuşam, lakin məşğul olduğunu deyib. Bu gün (dünən-red.) yenə zəng vurdum və telefonda məni öncə tanımadığını dedi. Daha sonra isə tanıdı və bildirdi ki, mən özümdən böyük rəhbərliklə danışım sonra. Mən ona sual verdim ki bu həkim haqqında məlumat vermək üçün rəhbərliklə danışmağa nə lüzum var? Siz axı demişdiniz ki, məlumat verəcəm. Bu sözləri deməyim əsnasında o telefonu söndürdü və bir daha onunla əlaqə saxlaya bilmədim”.

İctimai vəkil deyir ki, belə şübhəli hərəkətlər əsaslı iddialar irəli sürməyə imkan verir: “Ehtimal edirəm ki, onlar saxta sənədlər tərtib etmək üçün vaxt əldə etməyə çalışırlar. Həm həkim, həm də klinika buna görə susur. Sona Gürgün Vəliyevanın klinika ilə bağlanılan müqaviləsi də ortada yoxdur”.

İctimai vəkil bu məsələlərlə bağlı hüquq mühafizə orqanlarının araşdırma aparmasına nail olacaqlarını bildirib. Bundan əvvəl isə Sirus Qoçqani əməliyyat masasında dünyasını dəyişən Sona Gürgün Vəliyevanın ölümü ilə bağlı olduqca ciddi etiraf edib. Sirus Qoçqaninin etirafı onun pasiyentinə əməliyyatdan əvvəl yalan danışmasını ortaya qoyub. Sona Vəliyeva Gürgünün ailəsinin nümayəndəsi, ictimai vəkil Samir Zeynalov bununla bağlı redaksiyamıza məlumat verib. Deyib ki, Sirus Qoçqani onunla yazışmasında Sona Gürgün Vəliyevanı aldatmasını, onu faktiki olaraq bu yolla əməliyyata razı saldığını qeyd edir.

Yada salaq ki, Sirus Qoçqaninin köməkçisi onun həyat yoldaşıdır. O, Samir Zeynalova hədə mesajları yollayır. Sirus Qoçqani isə özünün Azərbaycanda sertifikasiyadan nə vaxt keçməsi, şəhadətnamə alıb-almaması ilə bağlı sualları cavablandırmaqdan yayınır. Sona Gürgün Vəliyeva 2019-cu ilin mayında Sirus Qoçqaninin bıçağı altında, əməliyyat masasında dünyasını dəyişib. Belə aydın olur ki, Qoçqani ölkədə öz sahəsi üzrə tanınan həkimlərdən olan Sona Gürgün Vəliyevanı əməliyyata götürərkən prosesin həyat və sağlamlıq üçün tam təhlükəsiz olduğunu deyib. Tanınmış həkim aldadılaraq cərrahiyyə masasına götürülüb və nəticə dəhşətli olub.

“Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını günahlandırırlar. Digər tərəfdən, Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altından sağ çıxmayan ilk və sonuncu pasiyent deyil. 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi. 2 ölüm faktı ortadadır və Sirus Qoçqani bu gün də fəaliyyətdədir. Odur ki, gələcəkdə oxşar olayların qeydə alınmayacağı ehtimalı da qalır. İşin acınacaqlı tərəfi odur ki, tibbi təhsilinin olub-olmaması bilinməyən Sirus Qoçqani bu gün də əlində bıçaq pasiyent qəbul edir...

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ