Eldar Mahmudova da həbs yolu görünür?- “Oğurlanmış pullar geri qaytarılmaqdadır”- Millət vəkili
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun şəriki dövlətlərarası axtarışa verilib. 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir. Keçmiş nazirin oğlunun şəriki Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Qeyd edək ki, “Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub. Mahmudovlar ailəsinə yaxın olan Ayaz Kərimovun axtarışının Eldar Mahmudov və oğluna təsiri gündəmə gəlib.
Maraqlıdır, sözügedən məsələ Mahmudovlar ailəsinə təhlükə yaradacaqmı?
Milli Məclisin üzvü Zahid Oruc açıqlamasında deyib ki, Azərbaycandan müxtəlif miqdarda vəsaitlərin çıxarılması da danılmazdır:
“Ayaz Kərimovun konkret hansı cinayətlərdən suçlanması mənə bəlli deyil. Görünür, prokurorluq orqanlarını belə addım atmağa köklü səbəbləri var. Şübhəsiz ki, müxtəlif - bir tərəfdən dövlət əmlakının, digər tərəfdən ayrı-ayrı sahibkarların varidatlarının ələ keçirilməsi faktları indiyə qədərki istintaq tədbirlərində, son məhkəmə iclaslarının işində özünü açıq şəkildə göstərməkdədir. O üzdən Azərbaycandan müxtəlif məbləğdə vəsaitlərin çıxarılması şübhəsizdir. Onlar xaricdə mümkündür ki, bir sıra bahalı mülklərə, yaxud biznes sahələrinə qoyulub, hətta offşor zonalarda xərclənməkdədir. Bütün bunlar Azərbaycan vətəndaşlarına məxsusdur.
Bu mənada prokurorluğun addımını hər birimiz təqdir edirik. Düşünürük ki, bu cinayət əməllərinin cəzalandırılması bir tərəfdən bundan sonrakı dövrdə belə addımları atan şəxsləri çəkindirəcək, digər tərəfdən isə Azərbaycanın bu gün çox ehtiyac duyduğu vəsaitlər ölkədə maliyyə sabitliyinin təmin olunmasında rol oynayacaq. Yəni, vətəndaşlarımızdan əldə olunmuş, oğurlanmış pullar da geri qaytarılmaqdadır”.
Cebhe.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...