“Məmurların əmlaklarına problem yaranacaq” - Sərdar Cəlaloğlu
“Avropada Çexiya, Macarıstan kasıb ölkələrdən biridir, orada əmlak çox ucuz olduğuna görə, Azərbaycan məmurları kütləvi şəkildə oradan daşınmaz əmlak alır”.
Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasınnın sədri Sərdar Cəlaloğlu Çexiyada korrupsiya əleyhinə keçirilən aksiyalar və bunun fonunda Azərbaycan məmurlarının bu ölkədəki əmlaklarına təhlükə yarana biləcəyi ilə bağlı durumu şərh edərkən deyib. S. Cəlaloğlunun fikrincə, aksiyaların nəticəsi olaraq əgər genişmiqyaslı korrupsiya araşdırması başlayarsa, o zaman mütləq Azərbaycan məmurları ilə bağlı da problem yaranacaq:
“Güman edirəm ki, yerli vətəndaşlarla xarici vətəndaşlar arasında olan korrupsiya əlaqələri araşdırılacaq. Çünki həmin əmlaklar korrupsiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına alınıb. Tutaq ki, çox yüksək qiyməti olan əmlak Azərbaycan məmurlarına bir çox hallarda ucuz qiymətə satılıb. Və bu araşdırmaların aparılacağı təqdirdə ciddi nəticələr ola bilər.
Amerika məhkəməsində də Azərbaycanla bağlı belə araşdırmalar aparılmışdı. Eləcə də, Çexiyada obyektiv araşdırılma aparılsa, Azərbaycan məmurlarının cinayət əlaqəsi birbaşa sübut oluna bilər”.
S. Cəlaloğlu bildirir ki, əgər korrupsiya faktları aşkar olunacaqsa, beynəlxalq hüquqa, o cümlədən mülki aktlara görə həmin əmlakların hamısı müsadirə oluna bilər: “Həmçinin, həmin məmurlara qarşı cinayət işi də qaldırıla bilər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...