SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Aqil Omarov kor nöqtədə necə vuruldu? - Qaranlıq qalan suallar

Aqil Omarov kor nöqtədə necə vuruldu? - Qaranlıq qalan suallar

Tarix:

2-06-2019, 19:17

/ 1 811 dəfə oxundu.
Aqil Omarov kor nöqtədə necə vuruldu? - Qaranlıq qalan suallar

Mayın 30-u tabor komandiri, mayor Aqil Omarov erməni tərəfinin açdığı snayper atəşi nəticəsində şəhid oldu. Həmişəki kimi yenə “şəhidimiz var” deyib üzüldük, sosial şəbəkədə qəmli-qəmli paylaşımlar etdik. Səhəri gün şəhidin dəfn mərasimi oldu. Bu dəfə isə Azərbaycan bayrağına bükülmüş tabut şəkilləri sosial şəbəkəni “bəzədi”. Daha sonra isə kadr tutmağa gedənlər şəhidin uşaqlarının qəmli fotolarını yaydı. Bu dəfə isə uşaqlar üzərindən nələrsə yazdıq. Və bitti…

Əslində heç başlamamışdı da. Bir çoxu məsələni ya dərk etmədi, dərk edənlərin bəziləri nəyə görəsə susdu, bəziləri isə həyasızcasına şəhidi günahlandırdı.

Jurnalistlərin yanaşması da fərqli oldu. Bəziləri heç fikir bildirmədi, bəziləri bədii ifadə vasitələri ilə zəngin nələrsə yazdı, bəziləri isə duyğu sümrüsü etdi.

Şəhid olan tabor komandiri idi, a kişi. Təsəvvür edirsiniz, aktiv döyüş zamanı tabor komandiri şəhid olur. Düşünürsüz, nələr baş verər? Taboru, döyüşü idarə edən şəxs şəhid olur. Bunun acı nəticələrini Qarabağ müharibəsində görmüşük. Misal üçün, Qubadlı batalyonunun komandiri Əlyar Əliyev şəhid olur, bütün batalyon şəhidin nəşini BMP-yə yükləyib, ərazini tərk edir. Nəticə barədə çox yazılıb, odur ki, başınızı ağrıtmayım.

Şəhidin nəşi soyumamış yazıb-pozdular ki, bəs Aqil Omarov ehtiyatsızlıq edib. Bunu yazanların məqsədi nədir, anlamaq olmur. Bilmirdilər ki, ərazi təlim məntəqəsidir? O təlim məntəqəsi ki, kor idi, yəni düşmən oranı vura bilməzdi. Vura bilsə də, iriçaplı silahla vurmalı idi. Bu zaman isə Aqil Omarovun tikəsi ələ gəlməməli idi. Snayper atışı olduğu üçün belə bir versiya ortaya çıxır: düşmənin kəşfiyyat qrupu sızıb və oradan dəqiq atəş açıb. Hadisənin gündüz vaxtı baş verməsi bu versiyanı məntiqsiz edir. Əgər olubsa da, bununla bağlı ciddi düşünmək lazımdır.

Yeri gəlmişkən, casusluq məsələsi zamanı həmin tabordan bir neçə zabit, gizir və MAXE həbs olunub. Anında sual yaranır: bəlkə düşmən kəşfiyatı ilə əməkdaşlıq edənlərin kökü hələ kəsilməyib? Bu sualı mən vermədim, beynimə girən qurdun işidir.

Məsələnin siyasi tərəfi də çox maraqlıdır. Hadisə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda olan zaman baş verib. Bir gün əvvəl isə Avropa Liqasının final oyunu Bakıda keçirildi və erməni futbolçu Mxitaryan təhlükəsizliyini bəhanə edərək Bakıya gəlmədi. Yəni erməni tərəfi qisası bununla alırdı? Tabor komandirinin vurulması adamın beyninə hər cür qurd salır.

Tabor komandirinin vurulması qeyri-döyüş şəraitində, üstəgəl atəşkəsin pozulmasının minimum həddə olduğu vaxtda baş verdi. Nədənsə bu, adamın beynindəki qurdların sayını artırır.

Bu məsələ ordunun imicinə də çox ağır zərbə vurur. Hər kəs, içi mən qarışıq, ermənilərin qarşıdakı taborunun elə həmin gün məhv edilməli olduğunu dedi. “Ordu nəyi gözləyir” kimi suallar yağdırıldı.

Hadisə baş verən günün gecəsindən tutmuş, indiyənə qədər bir neçə zabitlə söhbət etmişəm. Hamısı biz deyənləri deyir, hətta daha artığını deyirlər. Düşmənin taboru məhv edilməli, lap müharibəyə qədər gedilməli idi. Bunları hərbçilərimiz deyir. Yəni, cəmiyyətin düşündüyünün 10 qatını ön xəttə dayanan zabitlər də düşünür. Ancaq yuxarı komandanlığın əmri olmadan onların hərəkət etməsi mümkün deyil axı. Özbaşına iş görmək cinayətdir.

Bir çoxunuz yəqin bilmirsiniz. Zabitlərlə söhbət edin, hamısının ortaq bir sözü var: “Ən qorxduğumuz yer prokururluqdur… Erməni vuranda öldürür, prokurorluq isə yarımcan edir. Yarımcan qalmaqdansa, ölmək daha yaxşıdır…”

www.yenicag.az

Şərhlər

XƏBƏR LENTİ