XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Əl-Qaidə terror təşkilatında Kəmaləddin Heydərov izi

Əl-Qaidə terror təşkilatında Kəmaləddin Heydərov izi

Əl-Qaidə terror təşkilatında Kəmaləddin Heydərov izi
15-03-2017, 12:16

Azərbaycan hakimiyyətinin iqtisadi “əzəməti” hesab edilən Kəmaləddin Heydərovun “fövqəlgücü” barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, bir neçə il öncə Kəmaləddin Heydərov dostluq münasibətləri olan Dubay Əmirliyinin Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadirin vasitəsilə 73 (yetmiş üç) milyon dollar məbləğində Səudiyyə Ərəbistanının hazırda dünyada məhşur olan şirkətlərin birinə investisiya yatırıb və məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, şirkətin adı bir çox qalmaqallarda hallanıb. Həmin şirkət terror təşkilatlarının maliyyə mərkəzi kimi də tanınıb. Təəssüflə qeyd edək ki, məsələnin ciddiliyini nəzərə alıb, artıq uzun müddətdir ki, Fövqəladə Hallar Nazirliyinə sorğu göndərsək də bu günə kimi cavab ala bilməmişik. Amma əldə etdiyimiz məlumatlar onu göstərir ki, Kəmaləddin Heydərova qarşı səslənən iddialar əbəs yerə deyilmiş.
Kəmaləddin Heydərov ABŞ və Britaniya xüsusi xidmət orqanlarının diqqətini niyə cəlb edib?
Kəmaləddin Heydərovun Azərbaycandakı getdikcə artan nüfuzu və eləcə də milyardlarla dollar vəsaiti offşor zonalarda yerləşdirməsi ABŞ və Britaniya xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Kəmaləddin Heydərov xüsusilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 2007-ci ildə hədəfinə gəlib. Buna səbəb nazirin Səudiyyə Ərəbistanında “Dubai Ports World (DP World)” şirkətinə, Dubay Əmirliyinin Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadirin vasitəsilə 73 milyon dollar məbləğində investisiya yatırmasından sonra baş verir. Yeri gəlmişkən Kəmaləddin Heydərovla Məhəmməd bin Rəşid Qadirin dostluğu bu günə qədər də davam edir. Məhəmməd bin Rəşid Qadir tez-tez Azərbaycanın Qəbələ rayonunda nazirin qonağı olur.
“Dubai Ports World (DP World)” şirkətinə gəlincə, şirkət 2005-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyəti dünyanın bir çox ölkələrinin limanlarından yüklərin daşınmasını təşkil etməkdir. Coğrafi port operatorlarından biri hesab edilən şirkət dünya ticarətində 6.7% qlobal bazar payına malikdir. Hazırda şirkətin dünyanın 31 ölkəsində 60-dan çox terminalları mövcuddur. Maraqlısı isə odur ki, bu şirkət terror təşkilatlarının maliyyə mərkəzi kimi də tanınıb. Bundan əlavə şirkət Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İran, Şimali Koreya, Liviya və Pakistan kimi dövlətlərə qanunsuz olaraq nüvə yanacağının təchizatı ilə məşğul olduğu iddia edilir. Hətta iddialara görə, sözü gedən şirkət Əl-Qaidə terror təşkilatı ilə də əlaqəlidir. Bir neçə il əvvəl isə “DP World” ABŞ-ın tanınmış “Peninsular and Oriental Steam Navigation Co” şirkətini satın almaq istərkən bu Ag Ev administrasiyasının narazılığına səbəb olub. Bu məsələdə ABŞ-ın keçmiş Milli Təhlükəsizlik Agentliyinin rəhbəri olmuş Maykl Çertoff şəristəsizlikdə ittiham edilərək və ABŞ Konqresinin də sərt tənqidi ilə qarşılaşıb. Bundan sonra “DP World” şirkəti ilə bağlı ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ciddi araşdırmalara başlanılıb. Araşdırmalarda Azərbaycanlı oliqarx-məmur Kəmaləddin Heydərovun “DP World” şirkətinə 73 milyon dollar yatırımı Mərkəzi Kəşfiyyat İdarəsinin diqqətini cəlb edib.
MKİ-dən Böyük Britaniyanın MI6-na məxvi məktub
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilk olaraq Azərbaycanlı məmur-oliqarx Kəmaləddin Heydərovun oğlanları Nicat və Taleh Heydərovun Böyük Britaniyadakı fəaliyyəti ilə bağlı (Secret Intelligence Service, SİS) MI-6 Kəşfiyyat Xidmətinə məxvi məktub göndərib. Məktubda Nicat və Taleh Heydərovların Britaniyada lobbi fəaliyyətinin araşdırılması, həmçinin onların bank hesablarının yoxlanılmasına dair məsələlələr, Heydərovların maliyyə mənbələrinin geniş araşdırılması və məlumatların qısa bir zamanda toplanılması istənilib. Sonradan Böyük Britaniyada fəaliyyət göstərən Araşdırmaçı Jurnalistlər Bürosu Heydərovlarla bağlı qalmaqallı məqalə dərc edib. Həmin məqalədə Britaniya parlamentarisi, hərbi məsələlər üzrə xüsusi komitənin sabiq üzvü Maykl Henkokun köməkçisi və sevgilisi milliyyətcə rus olan və Rusiya kəşfiyyatına işləməkdə ittiham edilən Yekaterina Zatuliveter məhkəməyə ifadəsində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun təşkilatı Avropa Azərbaycan Cəmiyyətindən(AAC) pul aldığını açıqlayıb. Bu qızın Rusiya kəşfiyyatına işlədiyini Britaniyanın əks-kəşfiyyat xidməti Mİ-6 üzə çıxarıb. Zatulivetere qarşı irəli sürülən ittihamlarda onun Henkokla yaxınlığından istifadə edərək hərbi sirləri ələ keçirərək Rusiya kəşfiyyatına ötürdüyü bildirilir. Britaniya əks-kəşfiyyatı bir müddət Yekaterinanı izlədikdən sonra həbsinə qərar verib. Bu olay o dövrdə Henkokun hərbi məsələlər komitəsindən istefa verməsilə nəticələnib.
Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin hesabatlarında, eləcədə Mərkəzi Kəşfiyyat İdarəsinin Kəmaləddin Heydərovla bağlı planları barədə növbəti araşdırma yazımızda tanış ola bilərsiniz.

AzToday

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.