SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sarkisyan 2 rayonu qaytarır - Erməni mətbuatı

Sarkisyan 2 rayonu qaytarır - Erməni mətbuatı

Tarix:

14-03-2017, 10:56

/ 1 988 dəfə oxundu.
Sarkisyan 2 rayonu qaytarır - Erməni mətbuatı

2016-cı ilin 20 iyun tarixində Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda keçirilən prezidentlərin görüşündə Serj Sarkisyanın ərazilərin qaytarılması ilə bağlı razılaşdığı ortaya çıxıb.

Ermənistanın “lragir” saytı Sarkisyanın Putinin iştirakı ilə keçirilən görüşdə ən azı 2 rayonun qaytarılacağına dair söz verdiyini yazıb.

“2016-cı ilin 16 mayında Vyana görüşündən qayıdan Sarkisyan özünü qalib kimi aparırdı. Çünki görüşdə atəşkəsə nəzarət mexanizmlərinin qurulması ilə bağlı razılıq əldə edilmişdi. Lakin Sankt-Peterburqda Vladimir Putinin təşəbbüsü ilə keçirilən görüşdə vəziyyət dəyişdi. Sarkisyan İrəvana qayıdan kimi heç paltarını dəyişmədən Dağlıq Qarabağa getdi və “aprel müharibəsi”ndə Azərbaycanın qaytardığı əraziləri qəbul etdi. Həmin vaxt ərazilərin qaytarılması aktual idi”, - deyə sayt yazıb.

Məqalədə qeyd olunur ki, Sarkisyan Sankt-Peterburqa yola düşməmişdən öncə Jirayr Sefilyanı (keçmiş Qarabağ döyüşçüsü, İrəvanda baş verən silahlı qiyamın səbəbkarı) həbs etdi: “Bu, onun ərazilərin qaytarılmasına razılaşmağa getdiyini təsdiq edirdi. Daha sonra Sefilyanın tərəfdarları polis alayının binasını tutdular və qiyam baş verdi. Daxili çaxnaşmalar prezidentlərin üçüncü görüşünün təxirə düşməsinə səbəb oldu. Halbuki, “Kazan düsturu” variantı demək olar ki, işə düşürdü və ərazilər qaytarılacaqdı. İyulda isə bu təhlükə sovuşdu”.

Şərhlər

XƏBƏR LENTİ