SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ''Kobra''ya ucaldılan heykələ etiraz - SƏFİR NİYƏ SUSUR?

''Kobra''ya ucaldılan heykələ etiraz - SƏFİR NİYƏ SUSUR?

Tarix:

25-01-2019, 14:10

/ 1 500 dəfə oxundu.
''Kobra''ya ucaldılan heykələ etiraz - SƏFİR NİYƏ SUSUR?

Daşqın Gülməmmədov: Erməni terrorçusu “Kobra'' ləqəbli Mikail Avakyana Gürcüstanda abidə qoyulması Azərbaycan səfirinin vecinə deyil.

Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc Azərbaycanlı əhalisini qətlə yetirmiş terroçu Mikail Avakyana (“Kobra” ) abidə qoyulmasına heç bir halda bəraət qazandırıla bilməz. Bu barədə GundemXeber.az-a əslən Borçalıdan olan, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri və Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin üzvü Daşqın Gülməmmədov açıqlama verib.

O, açıqlamasında qeyd edib ki, insanlığa qarşı cinayət törətmiş hər hansı hərbi cinayətkara abidə və ya büst qoyulması pratktikası demokratik və hüquqi dövlətlərdə mümkün deyildir. Ancaq necə olubsa Gürcüstanda, insanlığa qarşı cinayət törətmiş, 1992-ci ildə Xocalıda dinc azərbaycanlı əhaliyi, qadın və uşaqları, qocaları qətlə yetirmiş, qeyri-qanuni hərbi birləşmələrin tərkibində Gürcüstana qonşu dövlət olan Azərbaycanın ərazisində hərbi cinayətlər törtətmiş bir şəxsin guya xatirəsinin əbədiləşdirilməsi başa düşülən deyil.

Gürcüstanda terrorçuya abidə qoyulması nonsensdir. Ermənistanda beə bir praktika var. Amma bu şərəfsiz praktikanın Gürcüstana ixrac edilməsi heç bir halda Gürcüstan hakimiyyətinə başucalığı gətirə bilməz.


Daşqın Gülməmmədov bildirib ki, 1992-ci ildə Xocalıda dinc əhalinin qətlə yetirilməsində birbaşa iştirak etmiş, “Kobra” ləqəbli erməni terroçusuna abidənin açılışı məhz 20 yanvar 2019-cu il tarixdə həyata keçirilib. Erməni milyoneri Qaqik Avakyanın maliyyə dəstəyi ilə hazırlanan, terrorçu Mikayıl Avakyanın büstünün açılışında qırmızı lenti Ermənistanın Gürcüstandakı səifiri Ruben Sadoyan kəsib. Bir işə baxln, 20 yanvar tarixində Ermənistan səfiri, Xocalıda dinc əhalini qətlə yetirən terroçu “Kobra”ya (Mikeil Avakyana) büst açır, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun isə vecinə deyil. Bəlkə də həmin zaman Azərbaycan səfiri hansısa restoranda yenə içki məclisində kef edirmiş.


Xocalıda dinc əhalinin qətlə yetirilmısində birbaşa iştirak etmiş Mikeil Avakyan, Ermənistan vətəndaşıdır, düzdür Gürcüstanda doğulub. Amma Gürcüstanla heç bir hüquqi bağlantısı yoxdur. 1991-ci ilə kimi bu Mikeil Avakyan Abxaziya MSSR DİN-də xidmət edib. 1992-ci ildə isə Ermənistana gələrək, Dağlıq Qarabağda, Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Kəşfiyyat-diversiya qrupuna rəhbərlik edib, Xocalı, Hadrut, Fizulidə Azərbaycanın dinc əhalisinə qarşı terror aktları, diversiyalar həyata keçirib. Horadizdə snayper atəşi ilə məhv edilib. Xocalı qətliamının törədilməsindən öncə kəşfiyyat məlumatlarının toplanmasına məhz “Kobra” (Mikeil Avakyan) rəhbərlik edib, Xocalı və Naxçivanikdə Xocalı sakinlərinin öldürülməsində iştirak edib. Bu şəxs birbaşa insanlığa qarşı cinayət törətmiş şəxsdir. Mikeil Avakyan Gürcüstan Cinayət Məcəlləsinin 144-1 (İşgəncə vermə), 407-ci (Genosid) və 408-ci (insanlığa qarşı cinayət) maddələri ilə cinayət törətmiş hərbi cinayətkardır. Belə bir cinayətkara Gürcüstanda abidə qoyulmalı deyil. Bu bust götürülməlidir. Təssəvür edin ki, Abxaziya və ya Cənubi Osetiyada Gürcüstana qarşı vuruşmuş, dinc gürcü əhalisini qətlə yetirmiş bir hərbi cinayətkar haqqında Azərbaycan mətbuatında adi bir məqalə dərc olunsun. Bilirsizmi Gürcü ictimayyətinin reaksiyası neqativlik şkalasını keçib, anti-Azərbaycan nifrətini ötəcək. Və bu mövqelərində haqlı olacaqlar.

Həmçinin Daşqın Gülməmmədov qeyd edib ki, bu məsələ ilə bağlı yaxln zamanlarda Gürcüstan Höküməti qarşısında rəsmi məsələ qaldırılacaq və terrorçuya qoyulmuş büstün qaldırlmasına çalışacağıq. Ancaq Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun susqunluğu, bu məsələni heç vecinə almaması bir daha sübüt edir ki, bu yaramaz şəxs səfir vəzifəsindən geri çağrılmalıdır. Sənin vətəndaşını Xocalıda qətlə yetirən terrorçuya abidə qoyulur sən isə susrsan. Niyə? Məqsədin nədir? deyə Daşqın Gülməmmədov sual etmişdir. O, bildirmişdir ki, Azərbaycan dövlət rəhbərliyi də təcili şəkildə məsləyə müdaxilə etməli və eyni zamanda səfir Dursun Həsənovla bağlı tədbir görməlidir.

Şərhlər

XƏBƏR LENTİ