SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cahangir Hacıyevlə Hüseynqulu Bağırovu nə bağlayır?- sensasion Britaniya sirləri...

Cahangir Hacıyevlə Hüseynqulu Bağırovu nə bağlayır?- sensasion Britaniya sirləri...

Tarix:

13-01-2019, 22:47

/ 1 511 dəfə oxundu.
Cahangir Hacıyevlə Hüseynqulu Bağırovu nə bağlayır?- sensasion Britaniya sirləri...

Azərbaycan Beynəlxalq Bankının(ABB) keçmiş başçısı Cahangir Hacıyevin, onun həyat yoldaşı Zamirə Hacıyevanın çoxmilyonluq əmlakı arasında özəl “Gulfstream G550” təyyarəsi haqda yeni məlumatlar üzə çıxıb.

Cahan.info-nun verdiyi xəbərə görə, sabiq ekologiya naziri Hüseynqulu Bağırovun çoxmilyonluq ailə biznesi barədə sensasion təhqiqatı ilə məşhurlaşmış azərbaycanlı bloger Cavanşir Həsənli Cahangir Hacıyevin həmin təyyarəni necə əldə etməsi ilə bağlı sənədləri yayımlayıb.

Sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni “Gulfstream Aerospace” korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib.

Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir. Hazırda qiyməti 65 milyon dollar olan “Gulfstream G550” 2003-cü ildən istehsal olunur.

Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir.

15500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir.

G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir. Virtualaz.org-ın məlumatına görə, blogerin dərc etdiyi sənədlərdə təyyarəyə görə ödənişin hansı şirkət vasitəsilə edildiyi məlum olmur. Şirkətin adının üstü bağlıdır.

Qeyd olunur ki, həmin şirkət Cahangir Hacıyevin yaxın ətrafından olan insanın adına rəsmiləşdirilib. Şirkətin hüquqi ünvanı belədir: Bakı şəhəri, M.Əliyev küçəsi, 130.

Maraqlıdır ki, Cahangir Hacıyevin adı həmin şirkətin həmtəsisçilərinin siyahısından həbs edildikdən 5 ay sonra çıxarılıb. Hazırda həmin şirkəti Londonda yaşayan azərbaycanlı idarə edir.

Bu şəxs haqqında məlumdur ki, o, Qərb Universitetinin (keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun sahib olduğu ali məktəb) məzunudur, hazırda Cahangir Hacıyevin Avropadakı çoxsaylı şirkətlərini idarə edir. Qeyd edək ki, Zamirə Hacıyeva Böyük Britaniyada ev dustaqlığındadır.

Xanım Hacıyeva bir neçə ay əvvəl Böyük Britaniyada tətbiq olunmağa başlayan “İzahedilməmiş Sərvət Sərəncamı”na (UWO) əsasən araşdırma personalarından birinə çevirilib.

Ümumilikdə isə UWO-ya əsasən Böyük Britaniya ərazisində 4,4 milyard funt-sterlinqlik şübhəli sərvətin izinə düşüləcəyi proqnozlaşdırılır.

Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir. Mümkün UWO namizədləri gizli saxta şirkətlər vasitəsilə Londonda milyonlarla funtluq mülkiyyətə sahib olublar.

Britaniya hökuməti bu ölkədə mülkiyyət sahibi olan ofşor şirkətlərin əsl sahiblərinin adları olan reyestr açıqlamaq öhdəliyinə əsasən hərəkətə keçəndən sonra olduqca ilginc materiallar üzə çıxıb, məlum olub ki, 86 min mülkün sahibi gizli şirkətlərdir. Həmin şirkətlərdən birinin Azərbaycanda olan Zamirə Hacıyevaya məxsusluğu isbatlanıb.

Digər azərbaycanlı korrupsionerlərin ifşası təhlükəsi qaçılmazdır. Belə bir reyestrin açıqlanması Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfə gəlmələri deməkdir.

Bu qanun həmin şəxsləri sərvətlərini açıqlamağa məcbur edir. Şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

Hazırda Böyük Britaniyada UWO-ya əsasən Azərbaycanlı bankir, Beynəlxalq Bankın həbsdəki sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın milyonluq mülklərə necə sahib olması araşdırılır.

Zamirə Hacıyeva Londonda 15 milyon dollarlıq mülkünü xilas etməyə çalışırkən Bakıda onun və həyat yoldaşının vəkili Aqil Layıcovun Azərbaycanın Vəkillər Kollegiyasındakı fəaliyyəti 6 ay müddətinə dayandırılıb. Bununla bağlı vəkil hər hansı bir açıqlama verməyib.

Faktiki olaraq Cahangir Hacıyev də, onun Azərbaycana təhvil veriləcəyi istisna olunmayan həyat yoldaşı Zamirə Hacıyeva da ölkədə vəkilsizdirlər. Zamirə Hacıyeva hazırda Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun hədəfindədir.

Hacıyeva 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən 35 kredit kartından istifadə edərək lüks dükanlarda son 10 ildə 16 milyon funt - yəni 21 milyon dollardan çox pul xərcləyib. O təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərcləyib. Zamirə Hacıyevanın 55 milyon dollara şəxsi təyyarə aldığı da üzə çıxıb.

Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil. Britaniyanın hüquq-mühafizə orqanları bu xanımın milyonluq mülkiyyətə necə sahib olduğunu araşdırmaqdadır.

Hacıyevadan tələb olunur ki, pulun mənbəyini açıqlasın. Xanım bu tələbdən şikayətçi olaraq məhkəməyə müraciət etsə də, uduzub və indi pulun mənbəyini açıqlamalıdır.

Bu ilin iyununa qədər pulların mənbəyi açıqlanmasa onun mülkləri əlindən alına bilər. Zamirə Hacıyeva məhkəmədə deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri olub və var-dövlət qazanıblar.

Amma onun dəlillərinə inanan olmayıb. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub.

Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir. Cahangir Hacıyev Beynəlxalq Banka 2001-ci ildən sədrlik edirdi.

2015-ci ildə Beynəlxalq Bankla bağlı araşdırma başlanan zaman o da həbs edilib. O, mənimsəmə, vəzifə saxtakarlığı kimi bir neçə cinayətdə ittiham olunub, 15 il azadlıqdan məhrum edilib.

Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında 2 xüsusi yerə sahib olduqları ilə yanaşı bloger Cavanşir Həsənlinin sənədlərini yayımladığı “Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarmışdı.

Həmin rəsmi məlumatda da Zamirə Hacıyevanın təyyarəni 42 milyon funta (55.24 milyon dollar) alması əksini tapırdı.

Zamirə Hacıyeva Böyük Britaniya hüquq mühafizə orqanları ilə problemlərlə üzləşməzdən əvvəl Azərbaycanda axtarışa verilib. O, Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir.

2016-cı ilin 1-də Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində axtarışlı həbs qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ