SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hüseynqulu Bağırovun “17 illik stresi”

Hüseynqulu Bağırovun “17 illik stresi”

Tarix:

8-01-2019, 12:32

/ 1 418 dəfə oxundu.
Hüseynqulu Bağırovun “17 illik stresi”

17 il ərzində Azərbaycanın ekologiyasına, təbii sərvətlərinə vurulan amansız yaralar Avropanın müxtəlif ölkələrində milyonluq mülklərə, şirkətlərə çevrilib

Azərbaycanın ilk Ekologiya və Təbii Sərvətlər naziri kimi 17 illik fəaliyyətini başa vurduqdan sonra daha çox özünün maddi sərvətləri ilə gündəmə gələn Hüseynqulu Bağırovun Azərbaycanda və Qərb ölkələrində milyonluq mülkləri, şirkətləri üzə çıxmağa başlayıb. Sabiq nazirin mal varlığına nəzər yetirdikcə onun fəaliyyəti dövründə necə “gərgin” çalışdığının şahidi olmaq olar. Özü nazir işlədiyi dövrü “stresllərlə dolu bir dönəm” kimi xarakterizə etsə də tədricən onun “17 illik stresinin” bəhrələri üzə çıxmağa başlayır. Yəqin ki, onun nazir olduğu zamanlarda çox da üzdə olmadığı, özünü daha çox diqqətdən kənarda saxlamağa çalışması hər kəsə məlumdur. Amma, Azərbaycanın təbii sərvətləri hesabına Qərb ölkələrində-Böyük Britaniya, Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə və Latviyada böyük biznes şəbəkəsi yaradan H. Bağırov tədricən diqqət mərkəzinə gəlməyə başlayıb.

Verilən məlumatlara görə, keçmiş nazirin Avropa ölkələrində və Türkiyədəki çoxsaylı şirkətlərdən ibarət biznes imperiyasını onun oğlu Lətif Bağırov idarə edir. Həmçinin onun digər ailə üzvləri də Latviyada ən iri azərbaycanlı investorlar arasında yer alırlar.

Fraksiya.az-a istinadla bildiririk ki, eks nazirin vəzifədə olduğu müddətdə adının dəfələrlə müdhiş korrupsiya faktlarında hallanması, .ölkənin təbii sərvətlərinin, büdcə vəsaitlərinin talanmasının izləri bu gün Avropanın müxtəlif ölkələrinə aparıb çıxarır. !7 il ərzində Azərbaycan ekologiyasının başına açılmayan oyun qalmayıb. Bağırovun “ekoloji korrupsiyası” təbiətimizə vurulan amansız yaralarla-qırılan yaşıllıqlar, məhv olunan ekosistemlə yadda qalıb. Sən demə Azərbaycan meşələrindən kəsilən hər bir ağac Avropanın bir ölkəsində bağırovların yeni bir şirkəti kimi cücərirmiş Əgəı bu şirkətlərin adlarının sadalamağa başlasaq nə sizin oxumağa hövsələniz çatar, nə bizim yazmağa. H. Bağırovun “17 illik stresi” Azərbaycana türklər demişkən bu qədər “pahalıya mail olub”.

H.Bağırovun Qərb ölkələrində bu qədər geniş biznesinin olmasının ölkəmizdə simvolik göstəricisi Qərb Universiteti hesab oluna bilər. Amma Universitetin iş prinsipi heç də sahibinin prinsiplərindən fərqlənməyib. Burada hökm sürən rüşvətxorluq və korrupsiya halları barədə dəfələrlə həyacan təbili çalınıb. Lakin, deyilənlərə nə baxan olub, nə də ki, eşidən...

Beləcə 17 il ərzində Azərbaycanın ekologiyasına, təbii sərvətlərinə vurulan amansız yaralar Avropanın müxtəlif ölkələrində milyonluq mülklərə, şirkətlərə çevrilib. Bu da sizə “17 illik stres”...

Yəqin ki, xatırlayarsınız- ötən il H. Bağırovun işə piyada getməsi ilə bağlı xəbərlər yayılmışdı və cəmiyyətdə çox ciddi maraqla qarşılanmışdı. Eks nazirin sadə, təvazökar həyat tərzinə, dövlət malına gözünün ucuyla baxmamasına dair əfsanələr də yayılmışdı. Nə biləydik ki, nazirin bu piyada addımlarının son ucu Avropanın dəbdəbəli ölkələrinə uzanırmış. Stressiz, filansız...

Fraksiya.az

Şərhlər

XƏBƏR LENTİ