Əli Kərimli sərbəst buraxıldı
Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və digər 10 nəfərin məhkəməsi başlayıb.Hazırda aksiyada saxlanılan şəxslər məhkəmə binasına gətirilib. Onların bir neçəsinin vəkili olmadığı üçün hələ proses başlamayıb.
Ə.Kərimlinin vəkili Fuad Ağayev məhkəmədədir.
Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.
Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinib. Onlar noyabrın 17-də Dirçəliş Günü ilə bağlı yürüş keçirmək istəyərkən saxlanılıblar.
***
Məhkəmənin qərarı ilə saxlanılanların bir neçəsi 400 və 500 manat məbləğində cərimələnib.
***
Məhkəmənin qərarı ilə Əli Kərimli 2500 manat cərimə olunub və sərbəst buraxılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...