İran prezidentindən Qarabağla bağlı - Açıqlama
"Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq". xalqxeber.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında deyib.
"Bugünkü danışıqlarımızda regional məsələlərlə bağlı müzakirələrimiz oldu. Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır. Bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın. İran İslam Respublikası bu əqidədədir ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq"- deyə İran prezidenti əlavə edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...