SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qatilə edilən zəng və ya Cavid Qurbanovun “Cİ-AYMARKET” müəmması

Qatilə edilən zəng və ya Cavid Qurbanovun “Cİ-AYMARKET” müəmması

Tarix:

4-03-2017, 22:50

/ 2 373 dəfə oxundu.
Qatilə edilən zəng və ya Cavid Qurbanovun “Cİ-AYMARKET” müəmması

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun 1995-ci ildə prezident Heydər Əliyevin, “işində yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə” istinad edilmiş fərmanı ilə “Azəravtoyol” DŞ-nin sədri vəzifəsindən azad edildikdən sonra barəsində cinayət işi başlanılmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən axtarış elan edildi. Bir müddət RF-də gizləndikdən sonra, həmin vaxt Baş Prokuror işləyən Eldar Həsənova edilən, əslən Kəlbəcər rayonundan olan bir neçə nüfuzlu şəxslərin xahişi nəzərə alınaraq, axtarış götürüldü. Bundan sonra ölkəyə geri qayıdan Cavid Qurbanov bir müddət işsiz qalır və sonradan Ziya Məmmədovun rəhbəri oloduğu Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin tabeçiliyindəki tikinti trestlərindən birinə müdir vəzifəsinə təyin edilir. Maliyyə fırıldaqlarından çox gözəl və ustalıqla böyük anlayışı olan Qurbanov qısa zaman ərzində yol rəisi Ziya Məmmədovun “gözünə” girməyə müvəffəq olur.

Və birgə milyonlarla maliyyə “maxinasiyalar”ı edirlər.

Dəmir yolu relslərinin və şpalların yenilənməsi adı altında faktiki olaraq dəyişilməyən avadanlıqlar dəyişibmiş kimi sənədləşdirilməklə külli miqdarda vəsaitlər silinir. RF-də fəaliyyət göstərən və həmin vaxt qeydiyyatı ləğv edilmiş “Cİ-AYMARKET” MMC-nin direktoru Elyar Dəmirovun vasitəsi ilə “Sigma & co” firması ilə 14 milyon manatlıq maliyyə əməliyyatı edilir və sonuncu MMC-nin direktoru Eldar Məmmədova çatacaq “pay” ünvana çatdırılmır.

Məsələ hətta dünyanın tanınmış “mafiya babaları” səviyyəsində müzakirə mövzusu olur. Çirkli pul olduğu üçün məsələnin hüquq-mühafizə orqanları müstəvisində həlli mümükünsüz olması səbəbindən Eldar Məmmədov cinayət aləmində həmin vaxt tanınmış simalardan olan “Naxçıvanlı Kəramət” vasitəsi ilə Cavid Qurbanova təzyiq etdirməyə başlayır. “Razborka” üçün görüş də təyin edilir. Məhşur “40 pilləkən” deyilən ərazidə problemli tərəfi gözləyən Eldar Məmmədov və “Lotu Kəramət” Qurbanovun həmin söhbətə tək deyil, gənc bir oğlanla gəldiyini görür.

Bu şəxsin Ziya Məmmədov tərəfindən çağrılması deyilirdi. Söhbət bir neçə dəqiqə keçməmiş silahlı insidentə çevrilir və ora gətilirən həmin gənc oğlanın tapançasından açdığı güllə ilə Kəramət yaranalır. Məsələyə müdaxilə edən hüquq-mühafizə orqanları Kəraməti və həmin gənc oğlanı həbs edirlər. Həmin bu şəxsin barəsində Cinayət Məcəlləsinin 15.94-cü maddəsi (Qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham elan olunur. Ancaq yazıda adları qeyd olunan himayədarları sayəsində o, məhkəmənin qərarı ilə psixi müalicəyə göndərilərək məsuliyyətdən azad olunur.

Kəramət Məmmədovu yaralayan həmin oğlan məlum olur ki, əslən Lənkəran rayonundan olduğu və bir neçə il sonra isə “oğru dünyası”nın önəmli simalarından birinə çevrildiyi iddia olunur.

Həmin 14 milyon manat vəsait isə Cavid Qurbanov və əhatəsində bu işi görmüş şəxslər arsında bölünərək, Eldar Məmmədova heç 1 qəpik də verilmir.

24saat.org

Şərhlər

XƏBƏR LENTİ